CLAAS QUADRANT 4000

Təsvir

Sizin üstünlükləriniz.

 

Uğurlu model.

17 il öncə bazarda yemə maksimal olaraq ehtiyatla yanaşmanın böyük əhəmiyyət kəsb etdiyi müəssisələr üçün QUADRANT 1150 press-tutucu tərtibatı təqdim edilmişdir.  2014-cü ildə CLAAS şirkəti bazara bu uğurlu modelin varisini çıxarır.  Orta traktorlu orta ölçülü təsərrüfatlar üçün və ya atçılıq fermaları üçün bu maşın, yəni QUADRANT press-tutucu tərtibatı  hazırlanmışdır.

 

Yüksək keyfiyyətli taylar.

QUADRANT 4000 inandırıcıdır: sabit olaraq yüksək kütlə tutumu. Yüksək sıxlaşdırma səviyyəsi.  Tayların CLAAS düyünləyicilərinin köməyi ilə sıx bağlanması.  Bundan əlavə QUADRANT 4000 yem kütləsinin yüksək keyfiyyətini təmin edir.  Verici dırmığın konstruksiyası sayəsində gövdələrin ilkin uzunluğunu qoruyur.  Yarpaq kütləsi qorunur və optimal vəziyyətdə qalır.  Yemin üstün keyfiyyətinə yalnız bu yolla nail olmaq olur.  Pressləmə zamanı çox az miqdarda tozun yarandığına görə QUADRANT 4000 atçılıqla məşğul olanlar üçün ideal press-tutucu tərtibatıdır.  Bundan əlavə tayların köməyi ilə at yemini porsiyalara bölmək çox asandır:  bir tay təxminən sutkalıq normaya uyğundur.

Texniki xarakteristikalar / Qiymət

QUADRANТ

4000

Eni (m)

2,35

Vuruş sayı (dövr/dəq)

61

Başlanğıc kanalının ölçüləri: uzunluq x eni x hündürlüyü (m)

2,12 x 0,80 x 0,50

Uzunluğu (m)

0,70–2,40

Tələb  olunan  güc, (a.g)

150