CLAAS ORBIS 900

Təsvir

9 m-dək tutma eni

4,50 m-dən 9,0 m-dək tutma eni olan  CLAAS ORBİS qarğıdalıbiçən maşında konstruksiya və ötürücü hissəsində tamamilə yeni ideyalar  və bütün dünyada bu vaxtadək əldə etdiyimiz istismar təcrübəsi birləşir.  Üstünlükləri və yüksək funksiyalı biçmə etibarlılığı sayəsində işin hər dəqiqəsi sizə fayda gətirəcək.

Mərkəzi kilid ORBİS-in JAGUAR-la etibarlı birləşməsini təmin edir.  Qüvvət ötürməsi tezaçılan muftanın köməyi ilə rahat həyata keçirilir.

 

Güc tələbatı az olan ötürücü

JAGUAR öz burulma momentini ORBİS taxmasına mexaniki olaraq ötürür, bu zaman ORBİS üçün xüsusi güc tələb olunmur. Yeni ötürücü son dərəcə sadə icra edilib və aşağı işəsalma momentinə görə cəlbedicidir.

 

İşdə etibarlılıq.

İri və kiçik disklərdən ibarət kombinasiyaya sahib ORBİS konsepsiyası son dərəcə yüksək məhsuldarlıqla fərqlənir.  ORBİS 100 t/ha  məhsuldarlığının (yığma şərtləri, məs., ABŞ və İtaliyada) öhdəsindən asanlıqla gəlir. Reverslənmə zamanı artıq kəsilmiş bitki kütləsi iri disklərdə qalır sonra isə yeni kəsilmiş kütlə ilə birlikdə verilir.  ORBİS-in aşağı ötürmə momenti sayəsində nominal dövr sayının yuxarı diapazonunda da tam yük altında yeni işə salma hər zaman mümkündür.

 

Üçmərhələli konstruksiya.

İstismar şərtlərinin mürəkkəbliyindən asılı olmayaraq ORBİS-in verici disklərinin 3-mərhələli konstuksiyası kütlə axınının bərabərliyini təmin edir.

 

Relyefə əla uyğunlaşma.

Linglərin həndəsi forması ideal yan kompensasiyanı təmin edir, bunun sayəsində ORBİS biçmə maşını yerin relyefinə optimal uyğunlaşır.  Beləliklə siz köhnəlməni azaldır, istismar təhlükəsizliyini isə yüksəldirsiniz

Kəfgir çərçivəsi əsas çərçivəyə üç linglə birləşib. İdarəetmə, mərkəzi amortizatorun köməyi ilə və ya elektrohidravlik şəkildə kopir sıxaclarının köməyi ilə  (AUTO CONTOUR) mexaniki olaraq yerinə yetirilir.

 

Texniki xarakteristikalar / Qiymət

ORBIS

900

Işin eni (mm) 

9170

Transport eni  (mm) 

3290

uzunluğu (mm)  1440 1440

2450

Hündürlüyü  (mm) 1450 1450 

1425

Çıkisi(kg)

4000