ID-DAVID CHASIS

Təsvir

Bağçılıqda alaq otlarını təmizləmək və ağacların dibini yumuşaltmaq üçün aqreqat

İstənilən traktorun qabaq və ya arxa hissəsində, üç nöqtədə montaj olunmuş, sıradaxili ot təmizləyiciləri ilə olan dönən şassi cərgə ilə əkilmiş bitkilər arasındakı alaq otunun (məsələn, üzüm və meyvə bağlarında) təmizlənməsi üçün ideal qurğudur. Bir və ya iki elektrohidravlik sıradaxili ot təmizləyicisi ilə təchiz olunmuş şassi hidrostaniya ilə hərəkətə gətirilir və traktor kabinasında quraşdırlmış idarə etmə bloku vasitəsilə idarə edilir.  Hətta çox kiçik ölçüyə malik (gövdənin diametri  1 sm-dən başlayaraq) bitkilər ətrafında işləmək məqsədilə işlənib hazırlanmışdır. Torpağı, qazma aparılmadan, həm səthdən, həm də 20 sm iş dərinliyinə qədər alaqdan təmizləməyə imkan verən müxtəlif alətlərdən istifadə edilə bilər. Avadanlıq elektron induktiv göstərici ilə (sensorla) təchiz edilmiş tənzimlənən sensorlu linglə idarə edilir. Sistem özündə dairəvi hərəkətli paraleloqram yerdəyişməni birləşdirir, bu isə avadanlığın işini yüksək dərəcədə dəqiq edir və eyni zamanda ona bitki sıraları və ya traktor trayektoriyası hüdudlarında 30 sm-dən artıq kənarlaşmalara imkan verən yüksək icazə həddini verir. İş surəti həddi - 12 km/s.

Texniki xarakteristikalar / Qiymət

Təsvir

 

Alaqvuran bıçağın iş genişliyi (sm)

55

Tələb olunan ağacarası məsafə min (m)

3.00 - 4.10

Tələb olunan güc (a.g)

60

Aqreqatın ümumi eni  (mm)

2.40

Çəkisi (kg)

500