az ru Call center
*3131

CLAAS QUADRANT 3200 RF

Any questions?

Our experts will help you choose the most optimal equipment configuration and financing scheme.

Quru otun, samanın və silosun hazırlanması sahəsində QUADRANT 3200 öz sinfində ən yüksək məhsuldarlığa malikdir. Hidroidarəetməli və mexanizatorun oturacağından qoşulma imkanına malik ilkin presslənmə kamerası üç kəsici cihaz və istifadə rahatlığı sayəsində  podrat firmaları üçün universal maşına çevriləcək.

  • Tayın ölçüsü 1,20  x 0,70 m-dir.
  • TURBO FAN təmizləyicili 6 yüksək məhsuldarlığa malik düyünləyici
  • İlkin pressləmənin kabinadan tənzimlənən hidravlik kamerası.
  • Saman, quru ot, miskantus, çətənə, sorqo, düyü samanı, raps üçün istifadənin mümkünlüyü
  • ROTO CUT və FINE CUT üçün rahat önəçıxan bıçaq sistemi
  • Ötürücünün interaktiv müdafiəsi.
  • Rəngli displeyli COMMUNICATOR II-nin köməyi ilə idarəetmə
  • Ən əvvəldən keyfiyyətli götürmə.

Geniş tutucu tərtibat və torpaq relyefinin ideal təkrarlanması sayəsində QUADRANT hətta ən geniş və qeyri-bərabər kəsilmiş otların öhdəsindən gələcək.

Tutucu tərtibatın və rotorun yaxşı görüş sahəsi iş zamanı yığılan yem kulturalarının növündən və yığma şərtlərindən asılı olaraq sürəti artırmağa imkan verir. Məhsuldarlıq adi tay press-tutucu tərtibatları ilə müqayisədə 40% yüksək ola bilər.

  • Tutma eni 2.35 m olan tutucu tərtibat.
  • Yem kütləsinin idarə olunan tutucu tərtibat sayəsində tez və təmiz tutulması
  • Hidroakkumulyatorda ressorlanma hesabına yükün azalması
  • Torpağın relyefinin optimal təkrarlanması, çimin hətta yüksək sürətlərdə və döngələrdə ehmalca emalı üçün yellənən kopir təkərləri
  • Bitki kütləsinin axınının sürətlənməsi üçün patentləşdirilmiş diyircəkli sıxac
  • Yem kütləsinin sürətli ötürülməsi və yüksək məhsuldarlıq üçün tutucu tərtibatla rotor arasında kiçik məsafə
  • PFS – məhsuldarlığı artıran amil.

QUADRANT 3200 RC və 3200 FC press-tutucu tərtibatları seriyalı şəkildə  POWER FEEDING SYSTEM (PFS) sistemi ilə təchiz edilib. QUADRANT 3200 RF press-tutucu tərtibatın istəyə görə PFS ilə təchiz edilir. Bu sistem, material axınını əhəmiyyətli olaraq artırmağa imkan verir.

Sürtünmə və porşenin yüksək müqavimətini təmin edən, baş reduktordan hərəkətə gətirilən, 3 m hündürlüyündə olan pressləyici kanalının birləşməsi hətta yüksək sürət və müvafiq olaraq yüksək məhsuldarlıq zamanı supersıx tayların istehsalı üçün kifayət qədər yüksək potensiala malikdir. Bu üstünlük samanın sənaye istehsalı üçün xüsusilə önəmlidir. Porşenin etibarlı istiqamətləndiriciləri qismində səkkiz iri gediş diyircəyi çıxış edir. Bu isə ona pressləyici klapanların yeddi hidrosilindri ilə birlikdə yığma şərtlərindən asılı olmayaraq tayların üstün sıxlığını təmin etməyə imkan verir. Kiçik pressləyici paketlərdə saman, quru ot və ya yaşıl kütlə rekord dərəcədə qısa vaxt ərzində taylara yığılır: porşenin dəqiqədə 51 işçi gedişi və üç tərəfdən əlavə edilmiş hidravlik təzyiq sayəsində tayların optimal həcm göstəriciləri ilə yüksək presslənmə dərəcəsi təmin edilir. İdarəetmə pultundan istifadə etməklə presslənmə təzyiqi istənilən ən asanlıqla və tezliklə konkret yığma şərtlərinə uyğunlaşdırıla bilər.

QUADRANТ

3200 RF/RC/

Eni (m)

2,35

Vuruş sayı (dövr/dəq)

51

Başlanğıc kanalının ölçüləri: uzunluq x eni x hündürlüyü (m)

3,00 x 1,20 x 0,70

Uzunluğu  м

0,50–3,00

Tələb  olunan  güc, (a.g)

220

Presin /rulonun ölçüləri (m)

3; 1,2; 0,7

Any questions?

Call center: *3131

Just give us a call or send us your inquiry. Our managers will contact you as soon as possible and inform you about all the issues that interest you.

An error occurred while processing your request

Please try again later . Sorry for the inconvenience.

Your request has been sent.