az ru Call center
*3131

CLAAS ORBIS 900

Any questions?

Our experts will help you choose the most optimal equipment configuration and financing scheme.

9 m-dək tutma eni

4,50 m-dən 9,0 m-dək tutma eni olan  CLAAS ORBİS qarğıdalıbiçən maşında konstruksiya və ötürücü hissəsində tamamilə yeni ideyalar  və bütün dünyada bu vaxtadək əldə etdiyimiz istismar təcrübəsi birləşir.  Üstünlükləri və yüksək funksiyalı biçmə etibarlılığı sayəsində işin hər dəqiqəsi sizə fayda gətirəcək.

Mərkəzi kilid ORBİS-in JAGUAR-la etibarlı birləşməsini təmin edir.  Qüvvət ötürməsi tezaçılan muftanın köməyi ilə rahat həyata keçirilir.

 

Güc tələbatı az olan ötürücü

JAGUAR öz burulma momentini ORBİS taxmasına mexaniki olaraq ötürür, bu zaman ORBİS üçün xüsusi güc tələb olunmur. Yeni ötürücü son dərəcə sadə icra edilib və aşağı işəsalma momentinə görə cəlbedicidir.

  • Aşağı güc tələbatı sayəsində yanacaq sərfinin azalması.
  • Tam yük altında işə salma və reversləmə imkanı.
  • Hər element üçün ayrıca qoruyucu.
  • İki diapazonlu fırlanma tezlikli reversləmə mexanizmi şəklində olan giriş reduktoru
  • Müxtəlif doğrama uzunluqlarında və yığışdırma şərtlərində fırlanma tezliyinin optimal tənzimlənməsi üçün üçmərhələli sürət qutusu olan ORBİS
  • Fırlanma tezliyinin taxmanın tənzimlənən ötürücüsünün və ya reversləmə mexanizminin köməyi ilə tənzimlənməsi
  • Yem kütləsinin optimal axını üçün yıxılmış qarğıdalının tək-tək biçilməsi üçün şneklərin işə salınması və söndürülməsi imkanı.
  • Ötürücünün bütün modullarına sadə giriş imkanı

 

İşdə etibarlılıq.

İri və kiçik disklərdən ibarət kombinasiyaya sahib ORBİS konsepsiyası son dərəcə yüksək məhsuldarlıqla fərqlənir.  ORBİS 100 t/ha  məhsuldarlığının (yığma şərtləri, məs., ABŞ və İtaliyada) öhdəsindən asanlıqla gəlir. Reverslənmə zamanı artıq kəsilmiş bitki kütləsi iri disklərdə qalır sonra isə yeni kəsilmiş kütlə ilə birlikdə verilir.  ORBİS-in aşağı ötürmə momenti sayəsində nominal dövr sayının yuxarı diapazonunda da tam yük altında yeni işə salma hər zaman mümkündür.

 

Üçmərhələli konstruksiya.

İstismar şərtlərinin mürəkkəbliyindən asılı olmayaraq ORBİS-in verici disklərinin 3-mərhələli konstuksiyası kütlə axınının bərabərliyini təmin edir.

  • Bıçaqların və verici disklərin sinxron işi yük kütləsinin etibarlı və səliqəli keçirməni təmin edir.
  • ORBİSin bıçaqlarla verici diskləri arasındakı kiçik məsafə sayəsində düz kövşən qalır.
  • Sabit boru deflektorları düşən qıçaları saxlayır və beləliklə itkiləri minimuma endirir.
  • Özüitilənmə effekti ilə hər zaman iti bıçaqlar
  • Kövşən kəsiyi: qısa, təmiz və parçalanmış

 

Relyefə əla uyğunlaşma.

Linglərin həndəsi forması ideal yan kompensasiyanı təmin edir, bunun sayəsində ORBİS biçmə maşını yerin relyefinə optimal uyğunlaşır.  Beləliklə siz köhnəlməni azaldır, istismar təhlükəsizliyini isə yüksəldirsiniz

Kəfgir çərçivəsi əsas çərçivəyə üç linglə birləşib. İdarəetmə, mərkəzi amortizatorun köməyi ilə və ya elektrohidravlik şəkildə kopir sıxaclarının köməyi ilə  (AUTO CONTOUR) mexaniki olaraq yerinə yetirilir.

 

ORBIS

900

Işin eni (mm) 

9170

Transport eni  (mm) 

3290

uzunluğu (mm)  1440 1440

2450

Hündürlüyü  (mm) 1450 1450 

1425

Çıkisi(kg)

4000

Any questions?

Call center: *3131

Just give us a call or send us your inquiry. Our managers will contact you as soon as possible and inform you about all the issues that interest you.

An error occurred while processing your request

Please try again later . Sorry for the inconvenience.

Your request has been sent.