Our experts will help you choose the most optimal equipment configuration and financing scheme.
Sıradaxili ot təmizləyiciləri ilə olan kultivatorlar
Bu Yarımkəsici Kultivatorlar istənilən traktorlara, xüsusilə bitkilər və onların sıraları arasında olan alaq otunun (məsələn, üzüm və meyvə bağlarında) təmizlənməsi üçün nəzərdə tutulmuş traktorlara, arxa hissədən, 3 nöqtədə qoşulur. Hidrostansiya ilə hərəkətə gətirilən və traktor kabinasında quraşdırlmış idarə etmə bloku vasitəsilə idarə edilən 1 və ya 2 elektrohidravlik sıradaxili ot təmizləyiciləri ilə təchiz edilmiş kultivatorlar hətta çox kiçik ölçüyə malik (gövdənin diametri 1 sm-dən başlayaraq) bitkilər ətrafında işləmək üçün nəzərdə tutulub. Torpağı, qazma aparılmadan, həm səthdən, həm də 20 sm iş dərinliyinə qədər alaqdan təmizləməyə imkan verən müxtəlif alətlərdən istifadə edilə bilər. Avadanlıq elektron induktiv göstərici ilə (sensorla) təchiz edilmiş tənzimlənən sensorlu linglə idarə edilir. Sistem özündə dairəvi hərəkətli paraleloqram yerdəyişməni birləşdirir, bu isə avadanlığın işini yüksək dərəcədə dəqiq edir və eyni zamanda ona bitki sıraları və ya traktor trayektoriyası hüdudlarında 30 sm-dən artıq kənarlaşmalara imkan verən yüksək icazə həddini verir. İş surəti həddi - 12 km/s. Mexaniki qolların (linglərin) spesifik yerləşməsi onlarla aralarında hər zaman eyni məsafə olmaqla, ot və ya alaq kimi maneələri dəf etməkdən asılı olaraq, kultivatorun həm tam açılmış, həm də yığılmış vəziyyətində işləməyə imkan verir. Qurğunun hidravlik genişlənmələrlə (uzanmalarla) möhkəmləndirilmiş strukturu və onun xüsusi qolları, 25 sm qədər iş dərinliyi ilə, müxtəlif kotan alətləri ilə işləməyə imkan verir.
• Qollar konstruksiyası+Yay+David kultivator bıçaqları (Bellota)
• Dirsəkli qollar
• Quraşdırılabilən dırmıq, hamarlayıcı roller və metal təkərlər
• Quraşdırılabilən cərgəarası alaqvuran
• Sinxironlaşdırılmış uzadılabilən qoşa hidravlik silindir (Aqreqatın enləndirilməyi üçün)
• Sərtliyi 50 Hrc olan tipi-“Golondrina”
• Sürətli montaj ediləbilən
Təsvir |
|
Bıçaqların sayı (Nº) |
9 |
İşin eni (m) |
2.50-3.20 |
Çəkisi (kg) |
785 |
Tələb olunan güc (a.g) |
80 |
Uzunluğu (m) |
1.76 |
Eni (m) |
1.72 |
Hündürlüyü (m) |
1.27 |
Ultra həssas sensorlar |
mövcuddur |
Yağ soyuducusu |
mövcuddur |
300 mm diametri olan rotarlu toxmaq |
mövcuddur |
Qiyməti DDP Bakı (2 tərəfli frez ilə, subsidiyadan sonra) |
15 400.00 AZN |
Just give us a call or send us your inquiry. Our managers will contact you as soon as possible and inform you about all the issues that interest you.