az ru Call center
*3131

AMAZONE FT

Any questions?

Our experts will help you choose the most optimal equipment configuration and financing scheme.

Ümumi məlumat

Frontal çən FT sayəsində asma UF çiləyiisinin çən həcmini asanlıqla 1 000 L artırmaq mümkündür.  Opsional  FlowControl sistemi və kompakt konstruksiyası sayəsində frontal çən UF-nin tutumunun artırılması üçün ideal həll yoludur.

 

Əsaslandırma

  • Preparat səviyyəsinin ağıllı menecment sistemi FlowControl - çəkinin optimal paylanması üçün
  • Ön oxun ballastlanması hesabına enişlərdə optimal hərəkət
  • Frontal yerləşmə sayəsində son dərəcə kompakt konstruksiya - sahədə daha çox manevrlilik və ictimai yollarda təhlükəsiz daşıma üçün

Asqılı aqreqatları olan manevrli traktorların kiçik və qeyri-bərabər sahələrdə qoşqulu çiləyicilərlə müqayisədə, eləcə də enişdə yan-yana hərəkət zamanı  xüsusi üstünlükləri - frontal bunkerin xeyrinə yaxşı arqumentdir.  Eləcə də 3000 litrlik özügedən aqreqatlar sinfində də asma çiləyici və frontal çən kombinasiyası ilə yüksək-keyfiyyətli şəkildə təchiz edilmiş rahat traktor maraqlı alternativdir.

 

Frontal çənin üstünlükləri

Qoşqulu çiləyici ilə müqayisədə üstünlükləri:

  • yığcamlıq
  • enişdə daha az sürüşmə
  • ön oxun yaxşı ballastlanması enişlərdə təhlükəsiz hərəkətə kömək edir
  • dönmə zolağında manevrlilik
  • kiçik sahələrdə manevrlilik
  • dar yollarda daşıma zamanı yığcamlıq
  • frontal çən eyni zaman frontal ballast qismində çıxış edir və optimal balansı təmin edir
  • torpağa düşən təzyiqin azalması
  • qiymət

Özügedən çiləyici ilə müqayisədə üstünlükləri:

  • qiymətdə əhəmiyyətli fərq
  • ümumi istifadə olunan yollarda yol verilən sürət - saatda 50 km-dək
  • yol verilən sürət - Fasttrac sistemi ilə saatda 80 km
  • traktordan digər işlərin yerinə yetirilməsi üçün istifadə etmək olar

Frontal çən eyni zamanda həm çənin tutumunun artırılması üçün, həm də frontal ballast qismində istifadə olunur


Məhlulun elektron paylanma sistemi  Flow-Control

FT 1001-in xüsusiyyəti İSOBUs terminalından istifadə edən məhlulun paylanmanın elektron idarəetmə sistemi Flow-Control vasitəsilə asqılı çiləyicisi olan frontal çənin 100% inteqrasiyasına əsaslanır.   Flow-Control sisiteminin texniki bazasını çənlərdə maye səviyyəsinin iki elektron datçiki və yüksək məhsuldarlığa malik iki injektor təşkil edir.  Hər istiqamətdə vurma gücü dəqiqədə 200 l təşkil edir.  Məhlul hər zaman homogen vəziyyətdədir.

İSOBUS terminalı mayenin sirkulyasiyasını avtomatik olaraq tənzimləyir, beləliklə çəkinin daima optimal payanması təmin edilir.  Beləliklə ön oxun vaxtından əvvəl boşalmasının qarşısı alınır.  Çəndə maye səviyyəsindən asılı olaraq məhlulun frontal çəndən vaxtında ötürülməsi baş verir və asma çiləyici heç vaxt boş olmur.  Bu zaman məhlul hər zaman homogen vəziyyətdə saxlanılır.

Əl idarəetməsinin köməyi ilə həmçinin yalnız təmiz suyun frontal çənə verilişi mümkündür.

Bunkerin tutumu (l)

1000

Tələb olunan güc (a.g)

150

Çəkisi (kq)

3450 kg

Təmiz su üçün bunkerin həcmi (l)

500

Minimum eni (m)

1,5

Maksimum eni(m)

2

Əl yumaq üçün tank (l)

20

Nasos qabiliyyəti, l / dəq

114

 

Any questions?

Call center: *3131

Just give us a call or send us your inquiry. Our managers will contact you as soon as possible and inform you about all the issues that interest you.

An error occurred while processing your request

Please try again later . Sorry for the inconvenience.

Your request has been sent.