az ru Call center
*3131

AMAZONE UX

Any questions?

Our experts will help you choose the most optimal equipment configuration and financing scheme.

Ümumi məlumat

3200-dən 11 200 litrədək həcmli qoşqulu UX çiləyiciləri möhkəm və istifadədə asan konstruksiya ilə fərqlənir.  Tutma eni 15-dən 40m-dək təşkil edən Super-S2 və ya Supel-L2 ştanqası olan UX modelləri xüsusilə effektiv maşınlardır.

 

Əsas arqumentlər

  • Güclü profilli polad çərçivə
  • Ağırlıq mərkəzi optimal yerləşən və tamamilə hamar divarlı yüngül çən
  • İdarə olunan oxun və seçimə görə idarə olunan dişlənin daha çox variantı
  • 15m-dən 40 m-dək son dərəcə yüngül, son dərəcə möhkəm və son dərəcə kompakt ştanqalar
  • Çoxqatlı amortizasiyalı ştanqaların paraleloqram asqısı
  • Opsional olaraq ştanqanın daha yaxşı yığılması üçün Profi yığılması və ştanqanın daha yaxşı aparılması üçün DistanceControl
  • 50 sm seksiyalı qoşulma üçün opsiya şəklində AmaSwitch və ya AmaSelect forsunkalı  qoşulma
  • Tez, təhlükəsiz və dəqiq iş üçün Power injektorlu yuma çəni
  • Güclü, istifadədə asan, özüsoran, quru gedişə dayanıqlı membranlı-porşenli nasos.
  • Avtomatik doldurma və işə salma prosesləri üçün opsional Comfort-paket

 

Çən - gözəl və "ağıllı"!

Polietilendən hazırlanmış kompakt çən son dərəcə möhkəm və etibarlıdır.  Tamamilə hamar daxili və xarici divarlar, arxa hissədə çox kompakt çən konturları və girdələşdirilmiş bucaqlar daxildən və xaricdən tez və sadə təmizləməni həyata keçirməyə imkan verir.

Önəmlidir: çənin xüsusi forması sayəsində dibində çox az məhlul qalır.

Optimallaşdırılmış konik konstruksiyası sayəsində titrəyişlərin söndürülməsi üçün sakitləşdirici divarlar tələb olunmur.  Beləliklə, məs., çiləyicinin tormozlaması zamanı maye çənin mərkəzində yığılır və sakitləşir

Nəticə: Hətta yüksək hərəkət sürətində təhlükəsizlik

AMAZONE-nun UX çəninin forması və kompakt ştanqaları ağırlıq mərkəzinin aşağıda yerləşməsini və çox kompakt nəqliyyat qabaritlərini təmin edir.  Bundan əlavə ştanqa təkərlərin bilavasitə arxasında paraleloqram asqıda yerləşir.

Bu çənin dizaynı aşağıdakı xüsusiyyətlərə malikdir:

  • Kiçik nəqliyyat hündürlüyü
  • Arxa hissədə çənin kompakt ölçüləri
  • Ştanqadan təkərlərədək qısa məsafə
  • Aşağı ağırlıq mərkəzi
  • Ştanqaların paraleloqram asqısı mümkündür
  • Sakitləşdirici divarlar tələb olunmur
  • Çənin sadə təmizlənməsi
  • Minimal qalıq miqdarı

Bunkerin tutumu (l)

11200

Tələb olunan güc (a.g)

100

Çəkisi (kq)

2430 kg

Təmiz su üçün bunkerin həcmi (l)

280

1,4

Maksimum eni(m)

2,3

Cərgələr arasındakı maksimum məsafə (m)

0,5

Əl yumaq üçün tank (l)

15

Nasos qabiliyyəti, l / dəq

305

Any questions?

Call center: *3131

Just give us a call or send us your inquiry. Our managers will contact you as soon as possible and inform you about all the issues that interest you.

An error occurred while processing your request

Please try again later . Sorry for the inconvenience.

Your request has been sent.