az ru Call center
*3131

JOSKIN SILO-SPACE

Any questions?

Our experts will help you choose the most optimal equipment configuration and financing scheme.

Загрузки

  • Ümumi təsviri
  • JOSKİN silos qoşqusunun banı profilli təbəqə poladından hazırlanan arxa və yan bortlar üçün dayağı təşkil edən şaquli dirək silsiləsindən ibarətdir.  Bu profilləmə divarların silosun təzyiq göstərən yükünə qarşı müqaviməti artırır.  Bortların korroziyaya qarşı ikiqat müdafiəsi var: dibin və divarların daxildən və xaricdən sink örtüyü, eləcə də divarların xaricdən plastikləşdirilmiş boya ilə işlənməsi.
  •  
  • Konusvarı ban
  • Boşalma zamanı sürtünmənin maksimal azaldılması üçün arxa bortun və yan divarların profili şaqulidir.  Banın arxası önündən 5 sm enlidir.
    Bu qonusvarı forma da yemin (yaşıl kütlənin, qarğıdalının) rəvan və tez boşaldılmasına kömək edir.
  •  
  • Böyük açılma bucaqlı arxa bort
  • Böyük açılma bucaqlı arxa bort
    Boşaltma banın üzərindəki arxa qapının əhəmiyyəli qalxması (40 sm) sayəsində asanlıqla və tıxac yaranmadan yerinə yetirilir.  Bağlamaq üçün daşınmalar zamanı arxa qapının təsadüfən açılmasının qarşısını alan hidrosilindrli qapayıcı mexanizmdən istifadə olunur.
  •  
  • Dib transportyoru
  • JOSKIN-nin Silo-SPACE qoşqu transportyoru yan sürət qutulu iki hidravlik mühərriklə hərəkətə gətirilən və mexanizmin möhkəmlik və gücünü artıran iki plankalı-ilişmə zolağından ibarətdir. Transportyorun profilli tirləri yükün bərabər yayması üçün növbəli şəkildə yerləşib.  Bloklu zəncirlər qırılmaya qarşı əhəmiyyətli müqavimətə malikdir. Ertalondan hazırlanmış 4 sürüşmə zolaqlı iki dəst transporyorla banın ibi arasında poladın polada sürtünməsinin qarşısını almaq üçün banın dibinin hər iki tərəfində yerləşir (səs izolyasiyası).  Transportyorun irəliləmə hərəkətini təmin edən iki hidravlik mühərrik (zolağın altında qorunan yerdə) iki sürətə malikdir.  Birinci sürət transportyorun gücünü işə salmağa və tədricən artırmağa imkan verir, ikincisi isə yem qoşqunuzun tez və bərabər boşaldılmasını təmin edir.
  •  
  • Köməkçi ilişmə vasitələri
  • Silo-SPACE JOSKIN qoşqularına yükün bir hissəsinin traktorun ön oxuna keçirilməsi üçün üçüncü nöqtənin hidrosilindrini quraşdırmaq mümkündür. Bu, aqreqatdan sahədə istifadənin təhlükəsizliyi və rahatlığını əhəmiyyətli dərəcədə artırır (dişlənin hidropnevmatik asqısı tələb olunur).

Any questions?

Call center: *3131

Just give us a call or send us your inquiry. Our managers will contact you as soon as possible and inform you about all the issues that interest you.

An error occurred while processing your request

Please try again later . Sorry for the inconvenience.

Your request has been sent.