az ru Call center
*3131

Beyləqanda zəmi günü

12/10/2018

Böyük sevinclə xəbər vermək istəyirik ki, 1 noyabr 2018-ci ildə “4S” şirkəti Beyləqan rayonunun Türklər kəndinin ərazisində Tarla Günü keçirəcək və orada ən yeni silosyığan JAGUAR 960 kombaynını təqdim edərək, onun işini nümayiş etdirəcək. Həmçinin CLAAS traktorlarının LEMKEN kotanları, diskatorları və əkin texnikası ilə birlikdə manevrliliyi və imkanları nümayiş olunacaq.  

 

Tədbiri CLAAS Global Sales Gmbh şirkətinin bölgə ekspert-meneceri cənab Vasiliy Zayder açıq elan edəcək. 

Sonra PPMA GmbH & Co.KG şirkətinin aqrar sahə üzrə iqtisadçısı cənab Bernd Henn süd verən iri buynuzlu mal-qara üçün düzgün yemin hazırlanması, Azərbaycan iqlimi və məhsuldarlığı şəraitində premium sinif yemlərinin istehsal üsulları üzrə master-klass keçirəcək, həmçinin keyfiyyətli yemin əldə edilməsi üçün doğru kombayn seçiminin vacibliyi barədə danışacaq.

Biznes-lançdan sonra CLAAS Global Sales GmbH şirkətinin məhsul meneceri cənab Yorq Vesselman  CLAAS JAGUAR 960 kombaynı haqqında danışacaq və tarlada qarğıdalı silosunun yığışdırılması imkanlarını nümayiş etdirəcək.

Bütün arzulayanlar üçün test-drayv təşkil ediləcək.


Texnika ilə aparılan nümayiş hissəsindən əlavə iştirakçılar qeyri-rəsmi şəraitdə bir-biri ilə və CLAAS şirkətinin servis tərəfdaşı olan “4S” şirkətinin nümayəndələri ilə ünsiyyət edə biləcəklər.


CLAAS şirkəti – Avropada aparıcı kənd təsərrüfatı texnikasının istehsalçısıdır. Tarla günləri hər il, Rusiya və Avropa daxil olmaqla, müxtəlif regionlarda keçirilir.

An error occurred while processing your request

Please try again later . Sorry for the inconvenience.

Your request has been sent.