az ru Call center
*3131

"4S" Caspian Agro 2021 sərgisində

10/06/2021

Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 14-cü “Caspian Agro 2021” sərgisi keçirilir. Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan “4S” şirkəti artıq üçüncü dəfədir ki, bu sərgidə iştirak edir.

“4S” şirkətinin direktoru Elxan Ələkbərov sərgidə təqdim olunan texnikalar və innovativ sistemlər haqqında ətraflı məlumat verib. O bildirib ki, dünyanın ən ensiz traktoru hesab olunan NEXOS 230 VE modelini "CLAAS" konserni ilk dəfə olaraq “Caspian Agro 2021” sərgisində təqdim edir. İntensiv bağçılıqda və üzümçülükdə istifadə olunan bu modelin bir çox üstünlükləri onu digərlərindən fərqləndirir. Mühərriki 88 at gücü, 12 arxa/12 ön sürətlər qutusu, silindrlərin sayı 4, 111 litr/dəqiqə ilə təchiz olunmuş hidravlik yağ nasosu və 0.5 kilometr/saat ilbiz yerişi funksiyasına malik NEXOS 230 VE traktorunun eni cəmi 1 metr təşkil edir ki, bununla da çox asanlıqla bağçılıqda tələb olunan bütün işlərin öhdəsindən gəlmək olar. Güclü və səmərəli olan bu traktor, həmçinin rahat kabinası və manevrliliyi ilə də bir çox fermerin əvəzolunmaz texnikası olacaq."

“Sərgidə daha bir diqqətçəkən məqam yüksəkkeyfiyyətli yem tədarükü üçün texnikaların təqdimatı, ARION 430 modelli traktorun istismarı, incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanıdır”, - deyə E.Ələkbərov qeyd edib.

Texnikaların məsafədən idarə edilməsi ilə bağlı isə xarici mütəxəssis Leonid Yakovlev izləyicilərə həm vizual, həm də nəzəri məlumat verib. “Uzaqdan idarəetmə sistemi olan TELEMATICS traktorlar haqqında məlumat toplayır və təhlil edir, bununla da texnikaların fəaliyyətini optimallaşdırır”, - deyə L.Yakovlev bildirib.

"CLAAS" konsernin regional meneceri Martin Klima isə müsahibəsində deyib: “Bizim müasir texnoloji məhsullar Qafqaz regionu, xüsusilə Azərbaycan üçün istehsal olunub. Bütün dünyada sınaqdan uğurla keçmiş bu texnikaların Azərbaycan bazarında təqdim olunması və müsbət qarşılanması bizi çox sevindirir”.

Əlavə olaraq, E.Ələkbərov vurğulayıb ki, "4S" şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-ın "LINDSAY" şirkətinin stendində müasir suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemlərini nümayiş etdirilir. Xüsusən ekspertlərdən "FieldNET" distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkündür. "FieldNET"in üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.

"LINDSAY” şirkətinin daha bir məhsulu – "Pivot Control" innovativ kontrolleri mövcud olan istənilən elektrik pivot suvarma sistemini modernləşdirə və universallaşdıra biləcək unikal bir həldir. Bu platformanın tətbiqi ilə idarəetmə rahatlaşır, effektivlik isə bir neçə dəfə artır.

“4S” şirkəti təklif etdiyi bütün kənd təsərrüfatı məhsullarını 20 faiz ilkin ödəniş, 40 faiz subsidiya və 40 faiz əlverişli lizinq şərtləri ilə təklif edir. Eyni zamanda, məhsulun növündən və gücündən asılı olaraq uzunmüddətli keyfiyyətli servis xidməti təklif etməkdədir.

An error occurred while processing your request

Please try again later . Sorry for the inconvenience.

Your request has been sent.