CLAAS QUADRANT 3200 RC

Description

Quru otun, samanın və silosun hazırlanması sahəsində QUADRANT 3200 öz sinfində ən yüksək məhsuldarlığa malikdir.  Hidroidarəetməli və mexanizatorun oturacağından qoşulma imkanına malik ilkin presslənmə kamerası üç kəsici cihaz və istifadə rahatlığı sayəsində podrat firmaları üçün universal maşına çevriləcək.

 

Ən əvvəldən keyfiyyətli götürmə.

Geniş tutucu tərtibat və torpaq relyefinin ideal təkrarlanması sayəsində QUADRANT hətta ən geniş və qeyri-bərabər kəsilmiş otların öhdəsindən gələcək.

Tutucu tərtibatın və rotorun yaxşı görüş sahəsi iş zamanı yığılan yem kulturalarının növündən və yığma şərtlərindən asılı olaraq sürəti artırmağa imkan verir.  Məhsuldarlıq adi tay press-tutucu tərtibatları ilə müqayisədə 40% yüksək ola bilər.

 

PFS məhsuldarlığı artıran amil.

QUADRANT 3200 RC və 3200 FC press-tutucu tərtibatları seriyalı şəkildə  POWER FEEDING SYSTEM (PFS) sistemi ilə təchiz edilib. QUADRANT 3200 RF press-tutucu tərtibatı istəyə görə PFS ilə təchiz edilir.  Bu sistem material axınını əhəmiyyətli olaraq artırmağa imkan verir.

Sürtünmə və porşenin yüksək müqavimətini təmin edən, baş reduktordan hərəkətə gətirilən, 3 m hündürlüyündə olan pressləyici kanalının birləşməsi hətta yüksək sürət və müvafiq olaraq yüksək məhsuldarlıq zamanı supersıx tayların istehsalı üçün kifayət qədər yüksək potensiala malikdir. Bu üstünlük samanın sənaye istehsalı üçün xüsusilə önəmlidir. Porşenin etibarlı istiqamətləndiriciləri qismində səkkiz iri gediş diyircəyi çıxış edir. Bu isə ona pressləyici klapanların yeddi hidrosilindri ilə birlikdə yığma şərtlərindən asılı olmayaraq tayların üstün sıxlığını təmin etməyə imkan verir.  Kiçik pressləyici paketlərdə saman, quru ot və ya yaşıl kütlə rekord dərəcədə qısa vaxt ərzində taylara yığılır:  porşenin dəqiqədə 51 işçi gedişi və üç tərəfdən əlavə edilmiş hidravlik təzyiq sayəsində tayların optimal həcm göstəriciləri ilə yüksək presslənmə dərəcəsi təmin edilir.  İdarəetmə pultundan istifadə etməklə presslənmə təzyiqi istənilən an asanlıqla və tezliklə konkret yığma şərtlərinə uyğunlaşdırıla bilər.

Technical specifications / Price

QUADRANТ

3200 RF/RC/

Eni (m)

2,35

Vuruş sayı (dövr/dəq)

51

Başlanğıc kanalının ölçüləri: uzunluq x eni x hündürlüyü (m)

3,00 x 1,20 x 0,70

Uzunluğu  м

0,50–3,00

Tələb  olunan  güc, (a.g)

220

Presin /rulonun ölçüləri (m)

3; 1,2; 0,7