CLAAS VARIANT 380

Description

CLAAS-ın VARIANT press-tutucu tərtibatı 2,10 m enində tutucu tərtibatı olan ilk rulonlu press-tutucu tərtibatı olub. İnanılmaz götürmə məhsuldarlığına və son dərəcə yüksək gücə malik bu sınanmış konsepsiyadan yeni VARİANT-da da istifadə olunur.  Hətta ən iri  və qeyri-bərabər kəsilmiş otlar qalıqsız götürülür.

 

Təmiz götürmə.

Tutucu tərtibat bərabər boşaldılır, iri yellənən təkrarlayıcı təkərlər onu yolunda etibarlı şəkildə saxlayır. Bu amillər hətta yüksək sürətdə və döngələrdə torpağın relyefinə optimal uyğunlaşmaya və çimə təsirin ehtiyatlı olmasına kömək edir.

Maksimal məhsuldarlığın və pressləmə sıxlığının əlavə təminatı yüksək yüklərə qarşı dözümlü olan dörd sonsuz pressləyici VARİANT kəməridir.

 

Vaxta 30%-dək qənaət!

Optimallaşdırılmış hidravlik sistem sayəsində rulonun presslənməsi yüksək sürətdə həyata keçirilir.  VARİANT-da arxa qapının açılmasından təkrar bağlanmasına və rulonun döşəməyə yerləşdirilməsinədək cəmi 6 saniyə keçir.

 

Yüksək kəmər sürəti.

Kəmərlərin saniyədə 3 m səviyyəsində yüksək sürəti sayəsində VARİANT-da   rulonun döndərilməsi və sıxlaşdırılması istənilən digər pressdə olduğundan daha tez baş verir.  Maşının qidalandırıcısı traktorun kabinasından yaxşı görünür.  Siz hərəkət sürətini nəzarətdə saxlaya və hər zaman maşının maksimal məhsuldarlıq rejimində işləyə bilərsiniz.

Technical specifications / Price