CLAAS LEXION 760

Description

LEXION 700

APS HYBRID sistemi ilə LEXION

Kombaynın sazlanması deyil, məhsul yığımıdır. CEMOS AUTOMATIC sisteminin köməyi ilə siz öz LEXIONunuzun potensialını daha səmərəli istifadə edə biləcəksiniz.

 

Yeni qapalı baraban sayəsində taxılın keyfiyyətinin yaxşılaşdırılması

CLAAS-dan APS HYBRID SYSTEM taxıl döyümü sistemi iki effektiv texnologiyanın: APS tangensial taxıl döyümü sisteminin və məhsuldar ROTO PLUS separasiya sisteminin birləşməsidir. CLAAS iki sistemin bir maşında birləşdirilməsinə və APS sayəsində daha yüksək məhsuldarlığın təmin edilməsinə nail olmuşdur.

Danılmaz üstünlükləri ilə unikal birləşmə:

APS HYBRID SYSTEM sistemi ilə LEXION, taxıl kütləsinin rotorlar və baraban altlıqları arasında ötürülmə sürətini 10 dəfə artırılması, həmçinin artırılmış mərkəzdənqaçma qüvvəsi sayəsində qalıq taxılı effektiv separasiya etmə qabiliyyəti ilə fərqlənir – adi küləşayıranlarla müqayisədə prinsip etibarilə yeni separasiya texnologiyasıdır.

 

 

APS unikal taxıl döyümü sistemi

Taxıldöyəndəki ilkin sürətləndirici: CLAAS firmasının patentləşdirdiyi unikal sistemdir. İnnovativ CLAAS texnologiyaları taxıldöyən barabandan əvvəl işləməyə başlayır. Taxıl kütləsinin axınının 3 m/s-dən 20 m/s-dək xeyli sürətlənməsi bütün sonrakı proseslərin maksimal effektivliyini təmin edir.

Nəticə - dəyişməz yanacaq sərfi ilə məhsuldarlığın 20%-dək artması.

Açıq taxıldöyən barabandan əlavə, həm də taxıl kütləsinin axınının optimallaşmasını, taxılın keyfiyyətinin artırılmasını təmin edən, həm də daha ehmallı emal olunmasına imkan verən qamçılararası sahəsi örtülü olan universal baraban da təklif olunur. Taxılın optimal təmizlənməsi üçün APS-də çoxpilləli tənzimləmələr mümkündür. Verici kanaldakı xüsusi linglə aktivləşdirilən əsas baraban altlığının və ilkin baraban altlığının örtücü lövhələrinin passiv qamçı-qabıqayıranların köməyi ilə APS ən yüksək keyfiyyəti təmin edir.

 

ROTO PLUS separasiya sistemi

APS sistemi ilə bərabər veriliş ROTO PLUS separasiyası üçün ideal şərait yaradır. ROTO PLUS-un iş prinsipi sadə, lakin son dərəcə effektivdir. APS sisteminin biteri kütləni iki axına ayırır və onları əks gedişdə fırlanan hər iki rotora ötürür. Ekssentrik yerləşmiş rotorlar qalan taxılın küləşdən ayrılması üçün çox yüksək mərkəzdənqaçma qüvvələrini yaradır. 445mm diametrə və 4200 mm-dək uzunluğa malik LEXION rotorları daha çox sahəni əhatə olunmasını təmin edir. Yuvarladıcı lövhə sayəsində taxıl, küləş və saman qatışığı hazırlanma üçün əvvəlcə dibə yığılır, sonra isə tökülmə pillələri ilə xəlbirli dəzgaha tökülür. Bu, xəlbirli dəzgahın yüklənməsini xeyli azaltmağa imkan verir.

LEXION 770–750 rotorlarının fırlanma tezliyi CEBIS-də çevirmə açarı ilə 350-1050 döv/dəq. diapazonunda rəvan şəkildə tənzimlənir. Bununla həm fırlanma tezliyinin müxtəlif növ bitkilərə, yığım şəraitinə və küləşin xassələrinə tez uyğunlaşması təmin edilir, həm də maşının məhsuldarlığının optimallaşmasına nail olunur.

 

JET STREAM.

JET STREAM təmizləmə sistemi ROTO PLUS qalıq taxılı ayırma sistemi ilə qarşılıqlı iş üçün nəzərdə tutulub.

CEMOS AUTOMATIC-in köməyi ilə avtomatik idarəetmə

 

Müasir yüksək gücə malik mühərriklər

 

Mükəmməl, yüksək keyfiyyətli Caterpillar mühərrikləri az yanacaq sərfi ilə yüksək gücü təmin edir. MEUI (Mechanical Electronic Unit Injection) mexaniki yeritmə sistemi LEXION ötürücü texnologiyдarının etibarlılığından xəbər verir. Bu sistemdə hətta mürəkkəb şəraitlərdə uzunmüddətli işlərin məhsuldar yerinə yetirilməsi üçün kifayət qədər güc var.

Yüksək məhsuldarlıq üçün güc ehtiyatı tələb olunur. Elektron tənzimləmə sistemi sayəsində təkmilləşdirilmiş LEXION mühərrikləri fırlanma tezliyinin azalması zamanı əlavə gücə malik olur. Azaldılmış yanacaq sərfi zamanı gücün artırılması üçün bütün modellərin mühərriklərinin xarakteristikası təkmilləşdirilib. Nominal fırlanma tezliyi: 1900 dövr/dər.

Optimal iş şəraiti

LEXION kombaynı mexanizatora hərəkət sərbəstliyini və əla dairəvi görünüş sahəsini təmin edir. Kondisioner sayəsində rahat iqlim, çox aşağı səs səviyyəsi və üç vəziyyətdə tənzimlənən sükan kolonkası iş üçün mükəmməl şərait yaradır. Oturaq vəziyyətdə dinamik və aktiv surətdə işləyən kombaynçıların tam dəstəklənməsi təmin olunur. Aktiv iqlimə nəzarət optimal ventilyasiyanı təmin edir. Hündürlüyə avtomatik nəzarətli pnevmatik asqı kombaynçının çəkisinə uyğunlaşır və 40%-dək titrəyişlərin qarşısını effektiv sürətdə alır. Pnevmatik ikiqat bel dayağı kürəyi lazımi vəziyyətdə saxlayır. Oturacağın qızdırılması avtomatik termostatla təchiz olunub. Dəri oturacaq da pnevmatik asqı, qızdırılma və ventilyasiya ilə təchiz oluna bilər.

 

 

 

Technical specifications / Price

Max güc  461 a.g

Güc  339/461  a.g

Hopper tutumu  11000 litr

Qarışdırma sistemi  Sürətləndirici Thresher (APS)

Barabanın diametri    600 mm

Ayrılma sistemi ROTOR

Tuşların / rotorların sayı         2

Rotor uzunluğu     4200 mm

Taxıl boşaltma sürəti 130 litr / san

Hava kompressorunun mövcudluğu  mövcuddur

Barabanın eni 1420 mm

Ümumi süzgeç sahəsi         5.1 m2

Yakıt tankı tutumu   1150 l

Rotorun diametri      445 mm