Kütlə axınının konsepsiyası iri diskli bıçaqlara və verici disklərə əsaslanır. Sadə konstruksiya bu halda əsas əhəmiyyət daşıyır. RU 450 ötürücüsü istifadə olunan gücün aşağı səviyyəsi ilə fərqlənir. Nəticədə tam yük altında və dövrələrin maksimal sayında işəsalma və reversləməni yerinə yetirmək mümkündür. Beləliklə dorğamanın sabit keyfiyyəti təmin edilir.
Geniş istifadə spektri sayəsində RU sistemi həm 800-cü seriyaya aid JAGUAR, həm də 900-cü seriyaya aid JAGUAR üçün uyğundur.
Etibarlı yığma.
Bitki materialının etibarlı daşınması sayəsində yüksək iş keyfiyyəti və səliqəli kövşən şəkli: boşaldıcı diskləri ilə birlikdə aqressiv verici diskli RU 450 konstruksiyasının sayəsində istənilən şərtlərdə bitki materialının etibarlı verilməsi təmin edilir.
Bu konsepsiya üçün disk bıçağının gedişə əks hərəkət istiqaməti əhəmiyyətli dərəcədə daha effektivdir. Qarğıdalı budaqları kəsildikdən sonra disk bıçağında şaquli vəziyyətdə şnekə verilir. Şaquli qarğıdalı kütləsinin sürtünmə qüvvəsinin təsiri altında disk bıçağının özünüitiləmə effekti əldə edilir.
Yüksək məhsuldarlıq.
Dövr sayı təyin edilən kəsmə uzunluğu ilə optimal olaraq uyğunlaşdırıla bilən şnek, materialın aqressiv axınını təmin edir.