az ru Call center
*3131

Servis

Ehtiyyat hissələrinə dair sifarış

Bizim ehtiyat hissələrimiz – ən müasir avadanlıqda istehsal edilmiş və keyfiyyətinə daim nəzarət olunan, yüksək dərəcədə dəqiq ölçüyə malik seriyalı detallardır.  CLAAS ORIGINAL ehtiyat hissələrinin ən yüksək dərəcəli servis texnikləri tərəfindən quraşdırılması işdə ən yüksək etibarlılığa zəmanət verir.


Servis işlərinə dair sifariş

Texnikanın şirkətimizin servis xidməti tərəfindən texniki müşayiəti – sizin texnikanın yoxlanılması, təmiri, xidməti və tənzimlənməsi üzrə bütün nəzərdə tutulmuş əməliyyatların keyfiyyətlə və tam həcmdə yerinə yetiriləcəyinə dair ən yaxşı zəmanətdir.

“4S” MMC servis xidməti CLAAS və digər istehsalçıların texnikasının servis müşayiətini həyata keçirir:

  • Satışdan əvvəl hazırlıq
  • Texnikanın istismara verilməsi
  • Zəmanətli və zəmanətdən sonrakı xidmət  
  • Texniki xidmət (ТX)
  • Qovşaq və aqreqatların əsaslı təmiri
  • Texnikanın yaz-səhra işlərinə və mövsümlər arası saxlanılma üçün hazırlanması
  • Diaqnostika və təmir
  • Müştəri personalının texniki konsultasiyası və təlimi
  • Məsafədən diaqnostika - CLAAS Telematics
  • Geniş zəmanət proqramı - CLAAS Maxi Care

Servis xidmətinin keyfiyyəti və operativliyi aşağıdakıların hesabına təmin edilir:

  • Servis mühəndislərinin yüksək ixtisası
  • İstehsalçının standartlarına uyğun olaraq xüsusi təchiz edilmiş servis avtomobilləri parkı
  • Orijinal ehtiyat hissələrinin və sərfiyyat materiallarının istifadəsi
  • Xidmət standartlarının və təmir texnologiyasının riayət edilməsi
  • Şirkətin müasir maddi-texniki bazası

Texnikanın bizim şirkətin servis xidməti tərəfindən texniki müşayiəti – yoxlama, təmir, xidmət və tənzimləmə ilə bağlı bütün nəzərdə tutulmuş əməliyyatların keyfiyyətlə və tam yerinə yetiriləcəyinə ən yaxşı zəmanətdir.

Bizim servis avtomobillərimiz bütün lazımi alətlərlə təchiz edilib, bu ən qısa zamanda müştərilərin sifarişlərinə reaksiya verməyə və texniki xidməti və ya təmiri həyata keçirməyə imkan verir. Bizim servis mühəndislərimiz müntəzəm olaraq istehsalçı zavodlarda və Distribyutorlarda təchiz edilən texnikanın bütün çeşidləri üzrə texniki təlim keçirlər.