CLAAS TUCANO 450

Təsvir

Hər bir kənd təsərrüfatı müəssisəsi fərdidir, hər birinin öz strukturu, özünün istehsal həcmi, öz üstünlükləri var və daim yeni tələblər irəli sürür. Çox vaxt texnika parkına malik yığım dəstələrinin, iri və xırda fermer təsərrüfatlarının tələbləri arasında böyük fərq olur. CLAAS bu zəncirdə yeni birləşdirici həlqəyə çevriləcək taxılyığan kombaynı təqdim edir: TUCANO – CLAAS kombaynları proqramında yuxarı orta sinfin premium-seqmentidir.

 

APS unikal taxıl döyüm sistemi

CLAAS innovasiya texnologiyaları hətta taxıldöyən barabanından əvvəl təsir edir. Taxıl kütləsi axınının 3 m/san-dən 20 m/san-dək xeyli sürətləndirilməsi bütün sonrakı proseslərin maksimal effektivliyini təmin edir:

Dəyişməz yanacaq sərfi ilə məhsuldarlığın 20% artması – APS sisteminin əsas üstünlüyüdür.

 

Müxtəlif bitkilərin yığımı üçün universal MULTICROP konstruksiyalı baraban altlığı. Təchizatın dəyişdirilməsi vaxtının azaldılması və qənaətlilik üçün 3 seqmentin tez dəyişdirilməsi. APS sistemi adaptasiya imkanları və intensiv taxıl döyümü üçün ləvazimat və qılçıqların ayrılması üçün qapaq kimi əlavə qurğular sayəsində qılçıqların və toxum qabıqlarının maksimal ayrılma keyfiyyətini təmin edir. Onlar veriliş kanalındakı ling vasitəsilə dərhal işə salınır.

APS-in bütün üstünlüklərinin birgə istifadəsi rekorda yaxın nəticəyə gətirib çıxarır: məhsulun son dərəcə yüksək keyfiyyəti ilə maksimal separasiya dərəcəsi təmin olunur.

APS sistemli taxıldöyənlə CLAAS TUCANO 400 seriyasının bütün modelləri təchiz olunub.

Taxıl döyümü sistemlərində emal, separasiya və təmizləmədən sonra qüsursuz keyfiyyətə malik taxıl 9000 l həcmində bunkerə verilir. Bunker yeni həcm standartlarına malikdir və bir sıra üstünlükləri ilə xarakterizə olunur:

TUCANO-da quraşdırılmış Mercedes-Benz mühərriki Stage IIIB (Tier 4i) işlənmiş qazların zəhərlilik standartının tələblərinə cavab verir.

Tozun avtomatik sorulması ilə gücləndirilmiş soyutma sistemi.

TUCANO-nun hidravlik həcmli transmissiyası çoxfunksiyalı coystikin köməyi ilə asan idarə olunur. Belə rahat idarəetmə sxemi daha sürətli dönmələr və hərəkət sürətinin dəyişən istismar şəraitinə uyğun tənzimlənməsi hesabına məhsuldarlığın dərhal artmasına imkan yaradır. Əlavə imkan: tam ötürücü. Sadəcə knopkanın basılması ilə yüksək gücü işə salmaq olar, bu da hətta ən ağır şəraitlərdə əminliklə irəli hərəkət etməyə imkan verəcək.

 

Ekstra rahat idarəetmə

Yuxarı sinfə aid kombaynlara xas rahat və etibarlı idarəetmə imkanı indi TUCANO-da da mövcuddur. CLAAS şirkətinin işləyib hazırladığı böyük monitorlu CEBIS elektron bort informasiya sistemi hər şeyi asanlıqla nəzarətdə saxlamağa imkan verəcək. Məlumatladırma, qeydiyyat, idarəetmə, nəzarət: CLAAS şirkətinin CEBIS sistemi sayəsində kombaynçı TUCANO-nun işinə aid ən vacib məlumatı zəmanətli şəkildə alacaq. 8,4 diaqonallı rəngli CEBIS monitoru duruşunun fərdi şəkildə tənzimlənməsi sayəsində ideal görünmə imkanını təmin edir. Şarlı şarnirin köməyi ilə monitorun duruşunu mexanizatorun istəklərinə uyğun tənzimləmək olar: mailliyi, eninə və uzununa duruşu tənzimlənir. Cari proseslərə və vəziyyətlərə nəzarət üçün displeyə bir baxış yetir – hərəkət və ya iş rejimi haqqında bütün mühüm məlumat ekrana çıxarılır. Xəbərdarlıqlar akustik siqnalla, həmçinin müvafiq mətnli optik simvolla müşayiət olunur.

Sürücü kreslosunun sağ qoltuqaltına yerləşdirilmiş çoxfunksiyalı coystik TUCANO kombaynında idarəetmə və iş rahatlığını təmin edən əsas elementdir. CMOTION coystiki məxsusi olaraq sağ əl üçün işlənib hazırlanıb. Üç barmaqla idarəetmə konsepsiyası bir çox idarəetmə elementləri ilə intuitiv işləmək imkanı verir və eyni zamanda qolun vəziyyətinin daim dəyişdirilməsinə məcbur etmir.

 

Yüksək rahatlıq səviyyəsi

Diqqətin yalnız işə yönəldilməsi. Daha heç nə sizi əsas işdən ayırmayacaq: TUCANO-nun mərkəzi idarəetmə paneli tələb, istək və imkanlara uyğun tənzimlənir və eyni zamanda bütün istiqamətlərdə gözəl görünüş sahəsini təmin edir; bundan başqa, bir sıra digər üstünlükləri verir. siz yüksək erqonomik iş yerini əldə edirsiniz və bu, gündəlik məhsulun xeyli artırılmasına imkan verir.

 

İşıqlandırma sistemi gecə işləyərkən maksimal görünməni təmin edir.

Texniki xarakteristikalar / Qiymət

Mühərrikin gücü  220/299  a.g

Çənin tutumu  9000 litr

Qarışdırma sistemi  Sürətləndirici Thresher (APS)

Barabanın diametri 450 mm

Tuşların / rotorların sayı         6

Taxıl boşaltma sürəti 105 litr / san

Hava kompressorunun mövcudluğu  mövcuddur

Barabanın eni 1580 mm

Ümumi süzgeç sahəsi         5.65 m2

Yakıt tankı tutumu   650 l