CLAAS JAGUAR 840

Təsvir

Daha çox məhsuldarlıq, daha çox müxtəliflik, daha çox rahatlıq, daha yaxşı nəticə - bütün bunlar yeni JAGUAR 800-də.

Kəsici başlıq V-CLASSIC.

V-varı yerləşən bıçaqlar. JAGUAR-ın 750 mm enində doğrayıcı başlığının effektivliyi unikaldır.  V-varı yerləşmə sayəsində qayçıda olduğu kimi dartıcı və ilk növbədə enerjiyə qənaət edən kəsmə təmin edilir.  Bundan əlavə yem ortaya doğru istiqamətləndirilir və bunun sayəsində başlığın korpusunun divarlarına sürtünmə nəticəsində yaranan köhnəlmə və itkilər azalır.

Tam avtomatik itiləmə

Dəqiq kəsmə və kütlənin eynicinsliyinin təmin edilməsi yalnız bıçaqların iti olması şərtilə mümkündür.  Senajın və silosun hazırlanması üçün bıçaqların itilənməsi prosesi kabinadan idarə edilir.

Güclü Mercedes-Benz mühərrikləri.

Mercedes-Benz-in  OM 502 və OM 460 mühərriklər bu seqmentdə ən yaxşı güc təklifidir.  Onlar yüksək möhkəmlik, dizel yanacağının aşağı sərfi və yüksək burulma momenti ilə fərqlənirlər.  Mühərrik və şassinin elastik birləşməsi səs və vibrasiyanı minimuma endirir.  Beləliklə qarşısıalınmaz gücə maksimal hərəkət rahatlığı əlavə olunur.

Rahat kabina

Mexanizator öz maşınının məhsuldarlıq potensialından 100% istifadə edə bilər. Əla iş şəraitləri təmin edildikdə o, diqqətini əsas məsələlərə yönəldə bilər.  JAGUAR-da diqqəti yayındıran heç nə yoxdur.  Sükan sütunu və oturacaq müxtəlif istiqamətlərdə asanlıqla tənzimlənir. Bütün cihaz və idarəetmə elementlərinin məntiqi yerləşməsi JAGUAR-a tezliklə öyrəşməyə və qısa bir zamandan onu intuitiv idarə etmək imkanını verir. Günəşdən qoruyan roletlər, kondisioner, radioqəbuledici və içkilər üçün soyuducu bölmə bir çox məqamda kabinada olma müddətindən asılı olmayaraq səhhəti optimal səviyyədə saxlamağa imkan verir.

Elektron CEBİS sistemi məlumatın verilməsi, idarəetmə, qeydiyyat və nəzarət üçün nəzərdə tutulub. Aydın və məntiqi menyu strukturu və intuitiv idarəetmə sistemi ilə fərqlənir.

Texniki xarakteristikalar / Qiymət

Mühərrikin gücü

354 a.g

Mühərrik

Mercedes Benz OM 460 LА

Yanacaq çəninin tututmu 

1200 л

Gear qutusu  iki addımlı

 elektro-hidravlik keçid

tutma genişliyi 

730 m

Əlavə yanacaq tankının həcmi 

300 l

Silindirləri

R6

Roliklərin sayı 

4

Hava kompressoru  

Standart avadanlıq

Əlavə çən

375 l

Biolojik konsentrat üçün tank, l.

20

İdarəetmə / İnformasiya Sistemi

Joystick / CEBIS terminalı qolu  ilə