Toxumların əkin valının elektrik ötürücüsü ilə etibarlı tənzimlənən dozalanması
Saphir 7-dən fərqli olaraq, mexaniki cərgəli Saphir 8 toxumsəpəninin əkin valının fırlanma sürətinin elektrik tənzimləyicili elektrik ötürücüsü var.
- Əkin valının elektrik ötürücüsü geniş toxum çeşidinin 0,5-dan 500 kq/ha-dək diapazonda dəqiq dozalanmasını təmin edir. Əkin norması birdəfəlik sınaq əkini vasitəsilə tez və asanlıqla tənzimlənir.
- Elektrik ötürücü və işçi kompüter toxumsəpənin ön hissəsində qorunan yerdə quraşdırılır. Bilavasitə traktorun kabinasından rahat idarəetmə elektron Solitronic idarəetmə sisteminin displeyi vasitəsilə yerinə yetirilir. Məs., bunun sayəsində əkin normasını hərəkət zamanı düymənin basılması ilə asanlıqla tənzimləmək mümkündür.
- Solitronic, əkin valının ötürücü elektik mühərrikinin tənzimlənməsini yerinə yetirir. Əkin materialının qalıqlarının ölçülməsi və əkin valının monitorinqindən əlavə hərəkət sürəti əks olunur və hər hektara düşən məhsuldarlığın qeydi daima elektron vasitələrin köməyi ilə ölçülərək aparılır. Seriya komplektasiyası nasazlıqların axtarışı üçün inteqrasiya edilən diaqnostika sistemi, İSOBUS uyğunluğu və DGPS-dən istifadə imkanı ilə tamamlanır.
- Saphir 8-in dişli təkəri impulslu datçikin təkərini əvəz edir. Aparan momentin ötürülməsi tələb olunmadığına görə keçilmiş məsafənin və sürətin dəqiq qeydiyyatı aparılır.
- Asqılı versiyada Saphir 8 torpaqbecərmə alətinin bilavasitə vərdənəsində yerləşdirilir. Üçnöqtəli asqısı olan Saphir 8 AutoLoad versiyasında toxumsəpən traktorun arxasında yerləşdirilə və torpaqbecərmə alətləri ilə birgə ola bilər.