az ru Zəng mərkəzi
*3131

CLAAS SUNSPEED

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Günəbaxan yığımı üçün SUNSPEED taxılbiçənləri unikal ayırma sistemi, minimal itkilərlə çox yüksək məhsuldarlığı və optimal idarəetmə rahatlığı ilə fərqlənir.

 

Üstünlüklər bir sətirdə

  • Günəbaxan yığımı üçün 16-, 12- və 8 cərgəli SUNSPEED əlavəsi
  • Yalnız günəbaxan səbətinin gövdədən ayrılması: gövdəsiz ayırma sistemi
  • Birbaşa kabinadan, iş sürəti ilə sinxron şəkildə kələfaçanın hündürlüyünün və fırlanma tezliyinin rahat tənzimlənməsi
  • Tənzimlənən istiqamətləndirici lövhələr gövdəni etibarlı şəkildə götürür
  • Lifterlər arası məsafə gövdənin qalınlığına uyğunlaşdırılır
  • Lifterlər mailliyə görə tənzimlənir

İstifadə

Günəbaxan yığımı üçün SUNSPEED taxılbiçənləri – günəbaxan yığımı üçün optimal həldir. Taxılbiçənin unikal iş prinsipi taxıldöyənin əhəmiyyətli dərəcədə boşaldılmasını təmin edir və qeyri-taxıl komponentlərindən təmizlənməsini asanlaşdırır.

Cərgəarasının və gövdələrin qalınlığına görə böyük müxtəliflik SUNSPEED-i günəbaxan yığımı üçün universal əlavəyə çevirir.

 

Texniki xüsusiyyətləri

  • Bıçaq ötürücüsü əhəmiyyətli xidmət tələb etməyən reduktorla yağ vannasında işləyir
  • Yüksək kəsim tezliyi 1200 dövr/dəq.
  • Taxılbiçənin dartıcı valı və şneki zəncirlər və kəmərlərlə hərəkətə gətirilir
  • Lifterlərin eni 20 mm-dək tənzimlənir
  • Gövdələrin bərabər şəkildə verilməsi üçün 1800 mm uzunluqda lifterlər
  • Kələfaçanın tənzimlənən dairəvi sürəti
  • Taxılbiçənin şnekinin tənzimlənən sürəti
  • Kələfaçanın fırlanma tezliyinin hərəkət sürətindən asılı olaraq avtomatik tənzimlənməsi

İş prinsipi

Əvvəlcə günəbaxan lifterlərlə götürülür. Sonra tənzimlənən istiqamətləndirici lövhə günəbaxanın səbətlərini önə tərəf sıxır. Eyni zamanda kəsici aparatın altındakı dartıcı val gövdələri aşağıya basır. Beləliklə, istiqamətləndirici lövhə və val gövdələrin vaxtından əvvəl kəsilməsinin qarşısını alır. Kəsim yalnız kələfaçan günəbaxanın səbətlərini götürdüyü anda baş verir. Bunun sayəsində verici şnekə yalnız günəbaxanın səbətləri düşür, onlar da sonradan maili kameraya verilir.

 

AMAZONEZA-M

Bunkeradonun həcmi 3.000 l, götürüm eni 36 olan iki diskli gübrəpaylayan ZA-M kənd təsərrüfatı müəssisələri və maşın-traktor stansiyaları üçün ideal maşındır, belə ki, onlar üçün dəqiqlik və möhkəmlik böyük əhəmiyyət kəsb edir. Asta fırlanan çox məhsuldar qarışdırıcılar və disklərinin az sayda dövr etməsi gübrənin bərabər şəkildə, ehtiyatlı paylanmasına imkan verir.

 

Əlavələr SUNSPEED 
Cərgələrin sayı 8-16.
Cərgəarası məsafə sm 70-75
Linda uzunluğu mm 1800
İşin eni мм 311-337
Ayarlanabilir  boşluğun eni mm 30–50
Çəkisi kq 1720 -3300

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.