Bizim ehtiyat hissələrimiz – ən müasir avadanlıqda istehsal edilmiş və keyfiyyətinə daim nəzarət olunan, yüksək dərəcədə dəqiq ölçüyə malik seriyalı detallardır. CLAAS ORIGINAL ehtiyat hissələrinin ən yüksək dərəcəli servis texnikləri tərəfindən quraşdırılması işdə ən yüksək etibarlılığa zəmanət verir.
“4S” MMC servis xidməti CLAAS və digər istehsalçıların texnikasının servis müşayiətini həyata keçirir:
Servis xidmətinin keyfiyyəti və operativliyi aşağıdakıların hesabına təmin edilir:
Texnikanın bizim şirkətin servis xidməti tərəfindən texniki müşayiəti – yoxlama, təmir, xidmət və tənzimləmə ilə bağlı bütün nəzərdə tutulmuş əməliyyatların keyfiyyətlə və tam yerinə yetiriləcəyinə ən yaxşı zəmanətdir.
Bizim servis avtomobillərimiz bütün lazımi alətlərlə təchiz edilib, bu ən qısa zamanda müştərilərin sifarişlərinə reaksiya verməyə və texniki xidməti və ya təmiri həyata keçirməyə imkan verir. Bizim servis mühəndislərimiz müntəzəm olaraq istehsalçı zavodlarda və Distribyutorlarda təchiz edilən texnikanın bütün çeşidləri üzrə texniki təlim keçirlər.