Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.
Daha çox məhsuldarlıq, daha çox müxtəliflik, daha çox rahatlıq, daha yaxşı nəticə - bütün bunlar yeni JAGUAR 800-də.
Kəsici başlıq V-CLASSIC.
V-varı yerləşən bıçaqlar. JAGUAR-ın 750 mm enində doğrayıcı başlığının effektivliyi unikaldır. V-varı yerləşmə sayəsində qayçıda olduğu kimi dartıcı və ilk növbədə enerjiyə qənaət edən kəsmə təmin edilir. Bundan əlavə yem ortaya doğru istiqamətləndirilir və bunun sayəsində başlığın korpusunun divarlarına sürtünmə nəticəsində yaranan köhnəlmə və itkilər azalır.
Tam avtomatik itiləmə
Dəqiq kəsmə və kütlənin eynicinsliyinin təmin edilməsi yalnız bıçaqların iti olması şərtilə mümkündür. Senajın və silosun hazırlanması üçün bıçaqların itilənməsi prosesi kabinadan idarə edilir.
Güclü Mercedes-Benz mühərrikləri.
Mercedes-Benz-in OM 502 və OM 460 mühərriklər bu seqmentdə ən yaxşı güc təklifidir. Onlar yüksək möhkəmlik, dizel yanacağının aşağı sərfi və yüksək burulma momenti ilə fərqlənirlər. Mühərrik və şassinin elastik birləşməsi səs və vibrasiyanı minimuma endirir. Beləliklə qarşısıalınmaz gücə maksimal hərəkət rahatlığı əlavə olunur.
Rahat kabina
Mexanizator öz maşınının məhsuldarlıq potensialından 100% istifadə edə bilər. Əla iş şəraitləri təmin edildikdə o, diqqətini əsas məsələlərə yönəldə bilər. JAGUAR-da diqqəti yayındıran heç nə yoxdur. Sükan sütunu və oturacaq müxtəlif istiqamətlərdə asanlıqla tənzimlənir. Bütün cihaz və idarəetmə elementlərinin məntiqi yerləşməsi JAGUAR-a tezliklə öyrəşməyə və qısa bir zamandan onu intuitiv idarə etmək imkanını verir. Günəşdən qoruyan roletlər, kondisioner, radioqəbuledici və içkilər üçün soyuducu bölmə bir çox məqamda kabinada olma müddətindən asılı olmayaraq səhhəti optimal səviyyədə saxlamağa imkan verir.
Elektron CEBİS sistemi məlumatın verilməsi, idarəetmə, qeydiyyat və nəzarət üçün nəzərdə tutulub. Aydın və məntiqi menyu strukturu və intuitiv idarəetmə sistemi ilə fərqlənir.
Mühərrikin gücü |
428 a.g |
Mühərrik |
Mercedes Benz OM 460 LА |
Yanacaq çəninin tututmu |
1200 л |
Gear qutusu iki addımlı |
elektro-hidravlik keçid |
tutma genişliyi |
730 m |
Əlavə yanacaq tankının həcmi |
300 l |
Silindirləri |
R6 |
Roliklərin sayı |
4 |
Hava kompressoru |
Standart avadanlıq |
Əlavə çən |
375 l |
Biolojik konsentrat üçün tank, l. |
20 |
İdarəetmə / İnformasiya Sistemi |
Joystick / CEBIS terminalı qolu ilə |
Qiyməti DDP Bakı (subsidiyadan sonra) Əvvəlcədən ödəniş: 117 000.00 AZN Aylıq ödəniş: 4 200.00 AZN |
369 000.00 AZN |
Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.