az ru Zəng mərkəzi
*3131

CLAAS JAGUAR 950

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

 

Daha çox məhsuldarlıq, daha çox müxtəliflik, daha çox rahatlıq, daha çox nəticə - yeni JAGUAR 900 seriyasında birləşir.

  • Əla doğrama keyfiyyəti üçün aktiv ilkin presslənmə
  • V-MAX kəsici başlığı funksionallıq, sabitlik və texniki xidmət baxımından miqyasları müəyyən edir.
  • DYNAMIC COOLING-in yüksək effektivliyi, ventilyatorun məhsuldarlığı avtomatik olaraq tələblərə uyğunlaşdırılır
  • Texniki xidmət üzrə bütün işlərin cəld və sadə şəkildə həyata keçirilməsi üçün unikal giriş konsepsiyası
  • Bütün önəmli maşın və servis funksiyalarının və sərfiyyat funksiyalarının etibarlı idarə edilməsi və cəld nəzarəti üçün CEBIS sistemi

Sabit doğrama uzunluğu.

JAGUAR-ın qidalandırıcı apparatı güclü və qənaətlidir və müxtəlif yığma şəraitlərinə uyğunlaşa bilər.  Əsas transmissiyaya inteqrasiya edilmiş COMFORT CUT ötürücüsü əhəmiyyətli üstünlüyü təmin edir: mühərrikin və barabanın fırlanma tezliyinin analoji şəkildə dəyişməsi zamanı COMFORT CUT ötürücüsünün fırlanma sürəti dəyişir.  Nəticə  - sabit doğrama uzunluğu. Kombayner CEBIS-də zəruri kəsmə uzunluğunu təyin edir.  İş zamanı kəsmə uzunluğunun addımsız tənzimlənməsi mümkündür.

  • Kəsmə uzunluğunun addımsız tənzimlənməsi
  • Güclü ötürücü
  • Hidronasosun titrəyişlərin dempferlənməsi ilə bərkidilməsi
  • Güclü reversləmə
  • Kənar əşyalar aşkar edildikdə korlanma baş vermədən dərhal dayanma

 

Kəsici başlıq V-MAX.

CLAAS müxtəlif tələblərə cavab verən, dörd variantda  bıçaq komplektasiyası olan V-MAX kəsici başlığını təklif edir: V36, V28, V24, V20. Bu çeşid çərgəsi 3,5 mm-dən 44 mm-dək doğrama uzunluğu diapazonunu təmin edir.  Bir çox üstünlüyə maliksiniz:

  • Dəqiq kəsmə sayəsində ən yaxşı doğrama keyfiyyəti
  • Son dərəcə yüngül gediş: bıçaqların pərvarı forması materialın əla axınını təmin edir
  • Yüksək sabitlik: Bıçaqların bərkidilmə üsulu sayəsində kəsici qüvvə bilavasitə olaraq başlığın ulduzundan alınır
  • Son dərəcə sadə quraşdırma: Hər bıçaq başlığın ulduzuna yalnız iki boltla burulub
  • Yeni: bıçaqların tənzimlənməsi tələb olunmur. Bıçaqlar şablon qismində iştirak edən fitinqlərlə bilavasitə başlığın ulduzuna bərkidilir və burulur - bu, sizə bıçaqların quraşdırılması zamanı vaxtınıza xeyli qənaət etmək imkanını verir
  • Bıçaqların tənzimlənməsi tələb olunmur


V-MAX kəsmə başlığı ayrıca seqmentlərdən ibarətdir.  Əsas üstünlük: bir çox hissələr rezbalı birləşmələrlə ayrı-ayrı birləşdirilir və bu səbəbdən zəruri hallarda sadəcə dəyişdirilə bilər. JAGUAR zavodda bütün kulturalarla işləmək imkanını verən universal bıçaqlarla təchiz edilir.

Mühərrik

CLAAS POWER SYSTEMS - ötürmə texnologiyasının bütün aspektlərini əhatə edir və  uyğunlaşdırılmış ümumi sistem üçün optimal mühərriki təklif edir: MAN və Mercedes-Benz. Bazarda təklif edilən maksimal effektivliyin üstünlüklərindən faydalanın. JAGUAR 980 və JAGUAR 970-də iri MAN V12 və V8 mühərrikləri quraşdırılır.  Bu mühərriklər yüksək gediş sabitliyi və son dərəcə FİƏ səciyyələnir. JAGUAR 960–940 modelləri yüksək gücə malik Mercedes-Benz mühərrikləri ilə təchiz edilir.

Rahat kabina

Mexanizator öz maşınının məhsuldarlıq potensialından 100% istifadə edə bilər.  Əla iş şəraitləri təmin edildikdə o, diqqətini əsas işində cəmləyə bilər. JAGUAR-da diqqəti yayındıran heç nə yoxdur.  Minimal səs səviyyəsi.  Sükan sütunu və mexanizatorun oturacağı müxtəlif istiqamətlərdə asanlıqla tənzimlənir.  Bütün cihaz və idarəetmə elementlərinin məntiqi yerləşməsi JAGUAR-a tezliklə öyrəşməyə və qısa bir zamanda onu intuitiv idarə etmək imkanını verir. Günəşdən qoruyan roletlər, kondisioner, radioqəbuledici və içkilər üçün soyuducu bölmə bir çox məqamda kabinada olma müddətindən asılı olmayaraq səhhəti səviyyədə saxlamağa imkan verir.  

  • İki oturacaqlı geniş VİSTA CAB kabinası
  • Dairəvi görüş sahəsi üçün tam şüşəli çərçivə
  • Şüşətəmizləyicili və şüşəyuyuculu ön şüşə
  • Görüntünün yaxşılaşdırılması üçün ön və arxa şüşətəmizliyiciləri
  • Geniş saxlama bölmələri
  • Kifayət miqdarda ərzaq üçün soyuducu
  • Seçimə görə üç oturacaq variantı
  • CEBİS idarəetmə konsepsiyası

Mühərrikin gücü

390/530  кВт/a.g

Mühərrik

Mercedes Benz OM 502 LА

Yanacaq çəninin tututmu 

1200 л

Gear qutusu  iki addımlı

 elektro-hidravlik keçid

tutma genişliyi 

730 m

Əlavə yanacaq tankının həcmi 

300 l

Silindirləri

V8

Roliklərin sayı 

4

Hava kompressoru  

Standart avadanlıq

Əlavə çən

375 l

Biolojik konsentrat üçün tank, l.

20

İdarəetmə / İnformasiya Sistemi

Joystick / CEBIS terminalı qolu  ilə

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.