Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.
Herbisidlər üçün ştanq tipli çiləyici avadanlıq
Bu, 400 və ya 600l həcmində çəni olan şassidən və ştanq tipli çiləyiciyə malik bir neçə elektro hidravlik cərgələrarası mildən ibarət avadanlıqdır. Avadanlıq alaq otlarına nəzarət etmək məqsədilə herbisidlərin tətbiq edilməsi üçün istifadə olunur. Yüksək dəqiqliyə malik bu sistem cavan zeytun, meynə və bütün növ meyvə ağaclarında herbisidlərin tətbiq edilməsinə imkan verir. Sistem bitki üçün tam müdafiəni təmin edir, çünki applikator başlığı ilə bitki arasında heç bir təmasa yol verilmir. Avadanlıq istənilən traktorun üç nöqtəli arxa qarmağına keçirilə bilir. 2 ədəd elektro hidravlik cərgələrarası kultivatorla təchiz edilmişdir, hidravlik enerji bloku ilə idarə olunur və traktorun kabinində quraşdırılmış idarəetmə paneli ilə nəzarət edilir. Hətta çox kiçik ölçülü bitkilər (gövdəsinin diametri 1 sm olan) üçün də istifadə oluna bilər.
Avadanlıq sensor mili ilə idarə olunur ki, bu da tənzimlənə bilən induktiv keçirici ilə təchiz edilmişdir. Sistem paraleloqram yerdəyişməsini radial hərəkətlə birləşdirən eksklüziv məqama malikdir ki, bu da avadanlığa yüksək dəqiqlik və tolerantlıq verir və nəticədə qurğu xəttində və ya traktorun trayektoriyasında 30 sm-dan yuxarı kənaraçıxmaya imkan yaradır. Saatda 8 km-ə qədər işçi sürət mümkündür.
2 tərəfli herbisid çiləyici
EAH-S-IA-P
Standart təchizat:
Təsvir |
|
Həcmi (l) |
600 |
İşin eni (m) |
2.20-3.40 |
Çəkisi (kg) |
315 |
Tələb olunan güc (a.g) |
35 |
Uzunluğu (mm) |
1450 |
Eni (mm) |
1600 |
Hündürlüyü (mm) |
1900 |
Qiymət DDP Bakı (subsidiyadan sonra) Əvvəlcədən ödəniş: 1990.00 EUR Aylıq ödəniş: 70.00 EUR |
6 190 EUR |
Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.