Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.
Sizin üstünlükləriniz:
Gücü 165 a.g. olan, ağır gündəlik işin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün hər şeyi özündə birləşdirən möhkəm traktor istəyənlər üçün ARION 600 C yaradılıb. Bu traktor rahat avadanlıqla təchiz edilib, istismarda qənaətlidir və o qədər güclüdür ki, hətta ən çətin işi əminliklə yerinə yetirir.
Turboüfürücülü 6,8 l həcmli müasir 6-silindrli mühərriklər.
Elektron idarəetməli Common Rail püskürtmə sistemi zəruri miqdarda yanacağı dəqiqliklə ölçür və sərfini daima aşağı səviyyədə saxlayır. Böyük dartı gücü aşağı dövrələrdə də çox yaxşı hiss olunur. Fırlanma anının böyük artımı sayəsində ARION 600 C-nin güc rezervləri var və hətta ağır şəraitlərdə işlədikfə nəfəsi kəsilməyəcək. 280 l həcmində yanacaq çəni isə uzun iş günü ərzində kifayət edəcək yanacaq ehtiyatını götürməyə imkan verəcək.
İntuitiv aydın idarəetmə.
Yaxşı traktoru idarə etmək asan və rahatdır. Oturacağın bir neçə vəziyyəti mövcuddur və onu, hər mexanizator üçün ideal olaraq tənzimləmək mümkündür. Bütün idarəetmə orqanları erqonomika prinsiplərinə əsasən yerləşdirilib. Bu, işinizi asanladıracaq və sağlamlığınıza faydalı olacaq. Qaz linginin üzərindəki düymələrin köməyi ilə siz, zəhmət çəkmədən mühərrikin dövrələrini və sürəti idarə edə, eləcə də QUADRISHIFT qutusunun bütün sürətlərini keçirə biləcəksiniz. Siz işçi sürət üzərində heç vaxt nəzarəti itirməyəcəksiniz və diqqətinizi tam olaraq asma alətlərinin üzərində cəmləyə biləcəksiniz.
İdarə etmək daha asandır - addım-addım.
Dörd nöqtədə tam amortizasiya.
Dörd amortizasiya nöqtəsi sayəsində kabina gediş hissəsindən tam ayrılıb. Beləliklə, mexanizator əvvəldə zərbə və tərpənmələri heç hiss etmir. Uzununa və eninə dayaqlar amortizasiya nöqtələrini bir-biri ilə birləşdirir və kabinanı döngələrdə və tormozlama zamanı sabitləşdirir. Burulma dayağının əl ilə tənzimlənmə imkanı amortizasiyanın üç müxtəlif möhkəmlik dərəcəsindən birini seçməyə imkan verir. Bu zaman bütün amortizasiya sistemi texniki qulluq tələb etmir.
Təsvir |
|
Mühərrikin gücü (a.g) |
165 ® |
Silindirlərin sayı |
6 |
Sürətlər qutusu |
16 ön/ 16 arxa ® |
Minimal / Maksimal sürət (km/saat) |
1.8 / 40 ® |
Nasosun gücü (l/min) |
98 ® |
Təkər formulu |
4x4 |
Yanacaq çəninin həcmi (l) |
280 |
Mühərrikin nominal sürəti (dövr/dəq) |
2200 |
Maximum qaldırma gücü arxa hissə (kq) |
6900 ® |
Ön - arxa təkərlər |
480/70R28 – 580/70R38 |
Çəkisi ön yüksüz (kq) |
5930 |
Qiymət DDP Bakı (subsidiyadan sonra) Əvvəlcədən ödəniş: 18 000.00 Aylıq ödəniş: 750.00 |
63 000.00 EUR |
Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.