1883 -ci ildə Heinrich Dreyer tərəfindən qurulan Alman şirkəti olan Amazone,toxumsəpənlər, dərmanlayan maşınlar, bitki mühafizəsi üçün çiləyicilər və bundan əlavə müxtəlif növdə kotanların istehsalı üzrə ixtisaslaşmışdır.
1780 -ci ildə qurulan Alman şirkəti olan Lemken, yüksək keyfiyyətli kənd təsərrüfatında, torpaq işlərinin görülməsi üçün texnikalar kotanlar, kultivatorlar, diskli malalar hamarlayıcılar və bundan əlavə toxum əkən aparatlar istehsalı üzrə ixtisaslaşmışdır.
1937-ci ildə Antonio Favaro tərəfindən qurulan İtaliyan şirkəti olan Favaro, kənd təsərrüfatı xüsusi ilə də, əkinçilik bağçılıq sahəsində dövrün ən çox inkişaf etmiş dərmansəpən və çiləyici texnikalarının istehsalı üzrə ixtisaslaşmışdır.
Lindsay şirkəti 1955-ci ildən bəri inqilabi suvarma və suvarma idarəetmə həlləri təqdim edir. Etibarlı və dayanıqlı Zimmatic® pivotlarından, qabaqcıl FieldNET ™ ağıllı texnologiyalarına qədər şirkətin məhsul və xidmətlər portfeli təbii resursların qorunmasına, məhsuldarlığın artırılmasına və fermerlərə kömək edilməsinə yönəldilmişdir.
Uzun illərdir fəaliyyət göstərən Frumaco italyan şirkəti olub, meyvə toplayan maşınların istehsalı üzrə ixtisaslaşmışdır və müasir meyvə yetişdirici müəssisələrin işçi qüvvəsinin azaldılması və avtomatlaşdırma prosesinin artması ilə inkişafına imkan yaradır.
1917-ci ildə İspaniyada yaradılmış ID-DAVID şirkəti, kənd təsərrüfatı o cümlədən, üzümçülük, bağçılıq və zeytunçuluq sahələrində işin mexanikləşdirilməsi üçün istifadə olunan xüsusi avadanlıqların istehsalı və inkişaf təkamülü ilə məşğuldur.
“GRIMME” şirkətlər qrupu 1861-ci ildə Almaniyanın Damme şəhərində yaradılmışdır. 150-dən çox kartof, tərəvəz və çuğundur maşınları ilə GRIMME Qrup bu seqmentdə ən geniş məhsul çeşidini təklif edir.
Ailə şirkəti olan JOSKIN, 1968-ci ildə Belçikada yaradılıb. JOSKIN dünyanın ən böyük çeşidə malik kənd təsərrüfatı qoşqularını və peyin paylayıcı avadanlığı üzrə ixtisaslaşıb.
1950-ci ildə Moro ailəsi tərəfindən qurulan, italiyan şirkəti olan Moro Aratri, dərin şum texnikalarının, rIperlərin, müxtəlif növdə kotanların istehsalı üzrə ixtisaslaşmışdır.
SILOKING markası altında SILOKING Mayer Maschinenbau GmbH, Bavariya vilayətinin Tittmoninq qəsəbəsində innovativ yem hazırlanma texnikası istehsal edir. Avadanlıq Avropada və dünyanın 50-dən çox ölkəsində satılır.
50 ildir ki, fəaliyyət göstərən Solano İspan şirkəti, meyvə toplayan maşınların istehsalı üzrə ixtisaslaşmışdır və müassir meyvə yetişdirici müəssisələrin avtomatlaşdırma prosesinin artması ilə məhsuldarlığın optimallaşdırılması və inkişafına imkan yaradır.
1971-ci ildən fəaliyyət göstərən İspan şirkəti olan TMC Cancela müxtəlif növdə daşqıran, otbiçən, ot və saman doğrayan mulçerlərin istehsalı üzrə ixtisaslaşmışdır və 50-dan çox ölkəyə bu texnikaların satışını həyata keçirir.
Zanon şirkətinin tarixi 1964-cü ildən başlayır. Öz sahəsinin lider pozisiyasında duran Zanon uzun illərin təcrübəsinə baxmayaraq, həm kənd təsərrüfatı, həm də bağçılıq avadanlıqları istehsalı sahəsində daim inkişaf etməkdədir.
CLAAS, kənd təsərrüfatı maşınları istehsalı üzrə Avropa lideridir. Şirkət 1913-cü ildə Alman sahibkar və ixtiraçı Avqust Klaas tərəfindən Almaniyanın ən uğurlu inkişaf edən federal əyalətlərindən birində - Şimali Ren-Vestfaliyada qurulub. Bir əsrlik tarixə malik CLAAS dünyanın əksər ölkələrinin əkinçilik bazarlarını mənimsəyib, bu illər ərzində şirkət istehsalını şaxələndirib və hazırda məhsul cərgəsinə traktorlar, taxılbiçən kombaynlar, yem hazırlama texnikası, silosbiçən kombaynlar və teleskopik yükləyicilər daxildir.
25 illik təcrübəyə malik, Danimarka şirkəti olan WINTEX Agro torpaq nümunələri toplamaq üçün maşın istehsalında ixtisaslaşmış və dünya miqyasında bir şəbəkə qurmuşdur.
Weidemann GmbH 55 ildən çoxdur ki, Hoftrac® kompakt yükləyiciləri istehsal edir. Həmçinin, əkinçilik üçün təkərli və teleskopik yükləyicilər istehsalı üzrə Mərkəzi Avropada fermerlər və bağbanlar üçün aparıcı avadanlıq istehsalçısıdır.
İtalyan şirkəti olan ROC AGRO müxtəlif növdə və ölçüdə ot toplayan texnikaların istehsalı üzrə ixtisaslaşmışdır və yüksək avtomatlaşdırma səviyyəsi hər bir istehsalın peşəkarlığını, dəqiqliyini və hər detalını tamamlayan müasir idarəetmə robot maşınları ilə təmin edilir.
Rotorlu otbiçən sahəsində Avropa lideri olan Spearhead Machinery 1988-ci ildən bəri, biçmə və mulçlama effektivliyini artırmaq üçün geniş çeşidli avadanlıqlar hazırlamış və istehsal etmişdir.
Ludwig Bergmann GmbH, Goldenstedt - bir əsrdən artıqdır ki, kənd təsərrüfatı və nəqliyyat texnikaları sahəsində fəaliyyət göstərir. Bergmann geniş məhsul çeşidinə daxildir: orqanik gübrə paylayıcı, dağıdıcı, xırdalayıcı, silos daşıyan, xırdalanmış kütlə üçün qoşqu.
STORTI şirkətinin tarixi 1956-cı ilin yanvarında Verona (İtaliya) əyalətinin Belfiore qəsəbəsində başlayır. Yem qarışdırıcıları istehsalında dünya lideri olan STORTI qoşqulu və özügedən avadanlıqlar təklif edir.
Ferrari S.p.A. 50–ci illərdə İtaliyada kənd təsərrüfatının inkişafı dönəmində yaradılıb. BCS Group-a daxil olan Ferrari, kənd təsərrüfatı üçün müxtəlif çeşiddə texnikalar istehsal edir.
Agronic OY, Finlandiyanın kənd təsərrüfatı texnikaları istehsalçısıdır. Şirkət Skandinaviyada orqanik gübrələrin tətbiqi üçün tank istehsalında liderdir. 1993-cü ildən kənd təsərrüfatı texnikalarının istehsalını inkişaf etdirir və sınaqdan keçirir.