az ru Zəng mərkəzi
*3131

CLAAS QUADRANT 2200

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Qənaətli baza maşını və ya ROTO CUT-la ağır şəraitlərdə istismar üçün rahat təchiz edilmiş press arasında seçim etmək sizə qalıb. Öz QUADRANT-ınızı modul prinsipinə əsasən tərtib edin.

Fərdi tələbatlara uyğun olaraq təchiz edilərək hətta ən böyük məhsulun öhdəsindən gələcək.

  • Tayın ölçüsü 1,20  x 0,70 m-dir.
  • TURBO FAN təmizləyicili 6 yüksək məhsuldarlığa malik düyünləyici
  • CLAAS firmasına məxsus standart xidmət göstərilməyən 3-fazalı raffer.
  • Ötürücünün interaktiv müdafiəsi.
  • CLAAS MEDIUM TERMINAL II-nin (opsiya) köməyi ilə sadə idarəetmə
  • POWER FEEDING SYSTEM (opsiya) sistemli 2,35 m enində PICKUP

 

Götürmənin yüksək məhsuldarlığı

Geniş tutucu tərtibat sayəsində QUADRANT hətta ən enli və qeyri-bərabər kəsilmiş otları da yığa bilir. Bitki kütləsi tez və qalıqsız yığılır. Hidroakkumulyatorda ressorlanma tutucu tərtibatı bərabər şəkildə boşaldır, kəfgir asqısındakı iri təkrarlayıcı təkərlər isə maşını öz yolunda etibarlı şəkildə saxlayır. Bütün bunlar maşına hətta ən yüksək sürətlərdə və əyri ilə hərəkət zamanı torpağın xüsusiyyətlərinə ideal olaraq uyğunlaşmağa və çimə qarşı son dərəcə ehtiyatla davranmağa imkan verir.

 

İki diyircəkli sıxac.

QUADRANT 2200 ADVANTAGE üçün opsiya qismində uyğun olan asma diyircəkli sıxac bitki materialını əla sıxır, kütlə axınını sürətləndirir və onu rotora aktiv verir. Tutucu tərtibatla rotor arasındakı kiçik məsafə hər iki komponentin effektiv işini təmin edir.

 

POWER FEEDING SYSTEM.

QUADRANT 2200 ADVANTAGE istəyə görə yem kütləsinin axınını əhəmiyyətli dərəcədə artıra bilən PFS sistemi ilə mövcuddur. Aramsız, iri  pərli köndələn verici şnek yem kütləsini rotora verir. Bu, axını homogenləşdirir və onun rotora verilişini sürətləndirir. Rotor muftasının 20% artırılmış müdafiəsi sayəsində buraxma qabiliyyəti əhəmiyyətli dərəcədə artır. Diyircəkli sıxacla  aktiv ötürücülü bütöv verici şnekin bu unikal birləşməsi xüsusilə də qeyri bərabər ot kəsikləri ilə işinizi asanlaşdırır. Beləliklə QUADRANT hətta iri kəsilmiş otlarla iş zamanı götürmənin yüksək məhsuldarlığını nümayiş etdirir.

QUADRANТ

2200

Eni (m)

2,35

Vuruş sayı (dövr/dəq)

51

Başlanğıc kanalının ölçüləri: uzunluq x eni x hündürlüyü (m)

3,00 x 1,20 x 0,70

Uzunluğu  м

0,50–3,00

Tələb  olunan  güc, (a.g)

150

Presin /rulonun ölçüləri (m)

3; 1,2; 0,7

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.