az ru Zəng mərkəzi
*3131

CLAAS CORIO

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

CORIO CONSPEED/CORIO.

Yeni CORIO və  CORIO CONSPEED qıçaayıranlar həm sınaqdan keçmiş texnologiyalarla, həmdə unikal yeniliklərlə təhciz olunub

 

Üstünlüklər bir sətirdə

  • Qıçaların itkisinin qarşısının alınması üçün 17° işçi bucaq
  • Silindrik (CORIO) yaxud konik (CORIO CONSPEED) qıçaayıran vallar
  • Bütün CORIO modellərində yeni ötürücülər
  • Bitki kütləsinin ehtiyatlı şəkildə verilməsi üçün yeni ayırıcı forması
  • Ayırıcıların nəqliyyat vəziyyətinə gətirilməsi üçün unikal qatlama sistemi
  • Verici zəncirlərin sadə şəkildə dəyişdirilməsi və dartılması
  • Ayırıcılara quraşdırılmış dəyişilən köhnələn detallar
  • 12-, 8- və 6- cərgəli CORIO CONSPEED qıçaayıranları
  • 8-, 6-, 5- və 4cərgəli CORIO qıçaayıranları
  • Cərgəarası 90, 80, 75 və 70 sm

 

Üstünlükləri

  • Qarğıdalı gövdəsinin aşağı hissəsində aşağı daşıma sürəti hesabına ən yaxşı xırdalama keyfiyyəti
  • Nazikləşdirmə sürətinin yavaş-yavaş artırılması hesabına qıçaların itkisinin və sınmasının qarşısının alınması
  • Maşında qarğıdalının gövdələrinin və qalıqlarının sayının azaldılası məhsuldarlığın və hərəkət sürətinin artmasına imkan verir

İstifadə

CORIO CONSPEED və CORIO qıçaayıranları dənli qarğıdalının və ya dənli-milli qatışığın yığımı üçün nəzərdə tutulub. LEXION-dan tutmuş AVERO-dək kombaynlarda tətbiq olunan CORIO CONSPEED və CORIO qıçaayıranları həm çox məhsuldar növlərin, həm də quru qarğıdalı gövdələrinin yığımı zamanı təmiz qıçaayırma prosesini təmin edir.

Gövdəbölənlərin düşünülmüş qatlama mexanizmi sayəsində CORIO və CORIO CONSPEED modellərinin nəqliyyat vəziyyətində uzunluğu, demək olar ki, 80 sm azalır. Bu, yollarda hətta yolayrıcılarında  və ya pis görünmə dərəcəsi olan sahədən çıxışda hərəkət zamanı təhlükəsizliyi təmin edir.

 

İş prinsipi

Götürümlər qarğıdalı gövdələrinin qıçaayıran vallara bərabər şəkildə və eyni zamanda ehtiyatlı verilişini təmin edir. Gövdələr qıçaayıran vallarla götürülür və aşağı dartılır. Paralel olaraq, qıçaayıran lövhələr qarğıdalı qıçalarının gövdədən təmiz ayrılmasını təmin edir.

Üfüqi xırdalayıcılar aşağı dartılmış qarğıdalı gövdələrini sabit sürətlə xırdalayır. Sonra taxılbiçənin şneki qarğıdalı qıçalarını maili kameraya verir.

CORIO və CORIO CONSPEED qıçaayıranlarının əsas və eyni zamanda başlıca fərqi qıçaayıran vallardır.


CORIO CONSPEED: konik qıçaayıran vallar

  • CORIO: silindrik qıçaayıran vallar

 

Xüsusiyyətləri:

  • CORIO və CORIO CONSPEED modelləri üçün güclü yüngül gedişli ötürücü
  • Dişli çarxların kombinasiyasının dəyişməsi hesabında fırlanma tezliyinin sadə və tez tənzimlənməsi
  • Qıçaayıran valdakı spiralvarı lövhəciklər gövdələrin verilişini yaxşılaşdırır
  • Mexaniki və ya hidravlik tənzimlənən qıçaayıran lövhələr qıçaların səliqəli şəkildə ayrılmasını təmin edir
  • Qıçaayıranın hər bir ötürücüsü yüklənmədən və kənar əşyaların düşməsindən mühafizə olunur
  • Valların və bıçaqların quraşdırılmış reduktor ötürücüləri
  • Hərəkətsiz və ya qatlanan icra
  • AUTO PILOT və AUTO CONTOUR bütün qıçaayıran modellər üçün təchiz olunur
  • Üfüqi xırdalayıcı bitkiləri dəliyin bütün uzunluğu boyunca götürür
Əlavələr CORIO CONSPEED/CORIO 
Cərgələrin sayı 4-12.
Cərgəarası məsafə sm 70-90
İşin eni  m 3,03-9,78
Transport eni m 3,03-9,79
Çəkisi кg 1460 -3820

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.