az ruZəng mərkəzi
*3131

CLAAS VARIO

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

VARIO taxılbiçənləri

CLAAS şirkətinin VARIO taxılbiçənləri – bazarda taxılbiçən masasının əla tənzimlənməsinin sinonimidir. VARIO 1230–VARIO 500 modelləri CLAAS-ın dəfələrlə sınaqdan keçmiş VARIO taxılbiçənlərinin davamıdır.

 

Üstünlüklər bir sətirdə

  • Dənli bitkilərin və rapsın yığılması üçün 700 mm pilləsiz yerdəyişməsi üçün quraşdırılmış raps içlikləri 
  • Taxılbiçənin şnekinin 660 mm böyük diametri bitki kütləsinin optimal axını üçün nəzərdə tutulub
  • Saplaqların götürülməsinin azaldılması üçün optimallaşdırılmış kələfaçan
  • Multibarmaqlı verici şnek
  • Hündürlüyü alətsiz tənzimlənən saplaq bölənlər
  • Parklama və nəqliyyat vəziyyətinin avtomatik quraşdırılması
  • İşçi vəziyyətin avtomatik quraşdırılması

 

İstifadə

VARIO taxılbiçənlərinin yeni nəsli dənli bitkilərin və rapsın yığılması üçün nəzərdə tutulub. Bu taxılbiçənlər

Onlar həm aşağı, həm də yuxarı məhsuldarlıqlı regionlarda iş üçün yüksək gücə və məhsuldarlığa malik maşınlar üçün çox münasibdir. Dənli bitkilərin (qısa və ya uzun küləşli) və rapsın yığılması zamanı zərurət yarandıqca VARIO taxılbiçəninin masasının tənzimlənməsi hər zaman bitki kütləsinin  optimal axınını təmin edir və bununla da bütün maşının məhsuldarlığı 10% artırır.

Taxılbiçənlərin modellərinin VARIO 1230–dan VARIO 500-dək  böyük müxtəlifliyi onları LEXION, TUCANO və AVERO kombaynları üçün istifadə etməyə imkan verir.

 

Xüsusiyyətləri

  • Quraşdırılmış  raps içlikləri ilə taxılbiçən masası
  • Çoxfunksiyalı coystikdə masanın vəziyyətinin –100 mm-dən +600 mm-dək diapazonda tənzimlənməsi
  • Taxılbiçənin masasının pilləsiz yerdəyişməsinin unikal ümumi diapazonu 700 mm
  • Bıçaq ötürücüsünün avtomatik çıxarılan kardan valı
  • İkitərəfli kəsici aparat və kələfaçan (VARIO 930–VARIO 500)
  • Calağın birtərəfli mexaniki ötürücüsü (VARIO 930–VARIO 500)
  • Taxılbiçənin şnekinin və kəsici aparatın reduktordan və kardan valından keçən mexaniki ötürücüsü
  • Saplaqların sarılmasının və götürülməsinin azaldılması üçün optimallaşdırılmış dırmıqlara, dağılmaya davamlı boru dayaqlarına və yeni dizayna malik kələfaçan
  • Taxılbiçənin masasının kabinadan görünməsinin yaxşılaşdırılması üçün  bucaqlı travers borusu
  • Taxılbiçənin şnekinin hündürlüyünün pilləsiz tənzimlənməsi  
  • Taxılbiçənin maili kamerasının və şnekinin reversi mümkündür
  • Atıcı lövhələrin bayırdan tənzimlənməsi
  • LASER PILOT-un avtomatik idarəetmə üçün alətsiz qatlanması və tənzimlənməsi

 

Düyü yığımı üçün istifadəyə hazır avadanlıq

Taxılbiçənin masasına quraşdırılmış raps içlikləri və raps bıçaqlarının alətsiz quraşdırılması bir neçə dəqiqə ərzində raps yığımına uyğunlaşdırılmasını təmin edir. Raps bıçaqlarının hidravlik sistemlə birləşdirilməsi yan bıçaqların işə salınması üçün hidravlik nasosu avtomatik şəkildə aktivləşdirir. Birləşmə yastı sıxlaşdırıcılardan ibarət iki birləşdiricinin köməyi ilə asanlıqla quraşdırılır. 

  • Hidravlik nasosun avtomatik işə salınması və dayandırılması
  • Masanı hətta quraşdırılmış raps bıçaqları ilə daha 150 mm içəri salmaq və ya çıxarmaq olar
  • Nəqliyyat arabacığında yerləşən daşıma üçün bağlanan qutu raps bıçaqlarının etibarlı yerləşməsini təmin edir və taxılbiçənin yüklənməsini azaldır

 

Düyü yığımı

Zavod komplektləşməsi ilə yaxud sadə avadanlığın köməyi ilə örtüklü verici şneklə və kəsici sistemlə təchiz olunan VARIO taxılbiçənləri düyü yığımı üçün yararlıdır.

 

Etibarlı transmissiya

Kəsici aparat planetar reduktorun köməyi ilə işə salınır və buna görə də çox sakit işləyir. Taxılbiçənin masasının hərəkəti zamanı ötürücülü kardan valı onunla birlikdə hərəkət edəcək. Bunun sayəsində istənilən vəziyyətdə problemsiz işləmək olar.

Verici şnek və kəsici aparatın ötürücüsü ayrı-ayrılıqda  qoruyucu muftalarla qorunur. Beləliklə,  VARIO taxılbiçəni əlverişsiz şəraitlərə dözümlüdür və təhlükəsiz istismarı təmin edir.

Əlavələr  VARIO
İşin eni mm 4953-12270
Ayaqıara kimi eni  16,25-41,00
Bıçaqlar və vintli burgucu (min / max) arasındakı məsafə mm 493/1134
Şnekin diametri  (xarici /  daxili) mm 660/420
Çəkisi   кg 2093-4055

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Произошел сбой при обработке Вашего запроса.

Пожалуйста, повторите запрос через некоторое время. Приносим свои извинения за причиненные неудобства.

Запрос обработан успешно.

Наш сотрудник свяжется по оставленному Вами номеру. Благодарим за проявленный интерес.