az ru Zəng mərkəzi
*3131

CLAAS DOMINATOR 130

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Üstünlükləri:

  • Dənli bitkilərdən qarğıdalıya və əksinə keçid üçün MULTICROP baraban altlığı
  • Yüksək effektivliklə təmizləyən intensiv CLAAS küləşayıranı
  • İstənilən bitkilər üçün mükəmməl texnika
  • 20%-dək dikliyə malik yamaclarda işləmək üçün 3D-təmizləmə sistemi
  • Almaniyada istehsal olunub: DOMINATOR 130 əvvəllər olduğu kimi, Xarzevinkeldəki əsas zavodda istehsal olunur və etibarlılığı və müntəzəm işləməsi ilə fərqlənir

 

CLAAS DOMINATOR 130 taxılyığan kombaynı:

  • Rahat kabina
  • Perkins mühərriki
  • İntensiv küləşayıran
  • Küləşxırdalayan
  • Lövhəyəbənzər xəlbirlər/TM6 xəlbirləri 
  • 3D təmizləmə
  • Radial ventilyator
  • Taxıldöyən
  • 4,27–4,57 metr götürüm eni olan taxılbiçən
  • Sünbül qaldıran
  • Saplaq bölən
  •  Kələfaçanın mexaniki ötürücüsü
  • Hərəkət istiqamətinin hidravlik dəyişdirilməsi

 

Maksimal məhsuldarlıq

DOMINATOR öz üstünlüklərini min dəfələrlə sübuta yetirmiş CLAAS taxıldöyəni ilə təchiz olunub. Təmiz taxıl döyümü, taxılı ehtiyatlı emalı, samanın ən yaxşı soyulması və yüksək məhsuldarlıqlı separasiya sizə bugünkü bazarda tələb olunan taxılın yüksək keyfiyyətini təmin edəcək.

 

3-D yamacları düzləndirir

Buna CLAAS-ın işləyib hazırladığı 3-D təmizləmə sistemini əlavə etmək olar:

  • Yuxarı xəlbirin idarə edilməsi hesabına yamacda dinamik düzləndirmə
  • Hətta 20%-dək yana əyilmə zamanı məhsuldarlığın saxlanılması
  • Aşınmır və texniki xidmət tələb etmir
  • Avadanlığın asan və tez dəyişdirilməsi

 

İntensiv çırpılma

CLAAS intensiv küləşayıranları artıq uzun illərdir ki, özünün yüksək məhsuldarlığı ilə fərqlənir. Hər bir klavişdəki idarə olunan götürücü diş küləşi güclü şəkildə tutur, yumşaldır və onu əzir. Bunun sayəsində ayırma xeyli yaxşılaşır. 

 

Optimal xırdalama

Küləşayıranın konstruksiyası sayəsində küləşin presləmə üçün optimal keyfiyyəti təmin olunur. Küləş tədarükü tələb olunmadıqda sadəcə xırdalayıcını işə salmaq olar. 40 ədəd bıçaq və 3300 dövr/dəq. fırlanma sürəti küləşin xırdalanmasının və onun taxılbiçənin bütün eni boyunca paylanmasının qeydinə qalacaq.

Təsvir

 

Barabanın eni  (мм)

1060

Saman saman sirkələyənlərin sayı

4

Saman sirkələyənlərin sahəsi (m )

4.80

Ələklərin sahəsi ( m )

3.00

Yanacaq çəni (l)

200

Çənin tutumu (l)

3200

Mühərrik

Perkins 1106D-70 TA

Mühərrikin maksimum gücü  (ECE R 120) a.g

152

Çəkisi (kq)

7830

Qiymət DDP Bakı (subsidiyadan sonra)

Əvvəlcədən ödəniş: 47 235.00 AZN      Aylıq ödəniş: 1 815.00 AZN

Bu ödənişlərə lizinq komissiyası və sığorta daxildir

135 000.00 AZN

                   Bu qiymətə lizinq komissiyası və sığorta daxil deyil 

 

 

 

 

 

 

 

 

 

 

Standard Cutterbar C 420

Təsvir

 

İşin eni (mm)

4240

Şnekin diametri  (xarici /  daxili) mm

580/380

Bıçaqlar və vintli burgucu (min / max) arasındakı məsafə mm

580

Çəkisi (kq)

1000

   

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.