az ruZəng mərkəzi
*3131

CLAAS LEXION 670

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

LEXION 600

Kənd təsərrüfatı maşınqayırması sahəsində innovasiyalar

LEXION kombayn seriyasının istehsalına başlayan CLAAS şirkəti qabaqcıl texnologiyaların yaradıcısı ola biləcəyini sübut etdi.

İlk modelin buraxılışından 20 ildən artıq keçib və bu müddət ərzində mühəndis-konstruktorlar CLAAS LEXION seriyasını sənayenin ən son tendensiyalarına uyğun təkmilləşdirib. Yeni sənaye texnologiyalarının və dizaynın optimal surətdə birləşməsi CLAAS LEXION 650 modelini yüksək məhsuldarlığa malik aqreqata çevirib.

 

APS taxıl döyüm sistemi

CLAAS şirkətinin patentləşdirdiyi APS taxıl döyüm sistemi yanacaq sərfinə təsir göstərmədən, məhsuldarlığı 20% artırır:

  • bərabər paylaşdırılmış kütlə daha sürətlə hərəkət edir;
  • taxıl daha yüksək effektivliklə separasiya olunur;
  • erkən mərhələlərdə böyük həcmdə taxılın ayrılması hesabına əsas dekaya təsir azalır;
  • çoxpilləli tənzimləmələr prosesi mükəmməl surətdə tənzimləməyə və optimallaşdırmağa imkan verir.

 

Separasiya modulunun əlverişli konstruksiyası

APS sistemi işlədikdən sonra küləşdən ayrılmamış təxminən 10% taxıl qalır. Dik əyilmə bucağı ilə altı klavişli küləşayıranlar və ümumi uzunluğu 4400 mm olan 4 kaskad sürətli daşınmanı və emal olunan kütləni sıxmadan bərabər paylanmanı təmin edir. İki pilləli təmizləmə sistemi turboventilyatorun köməyi ilə təmizləmənin effektivliyini artırır.

 

İxtisaslaşdırılmış idarəetmə sistemi

CEBIS elektron sistemi intuitiv interfeysə və səsli xəbərdarlıqlara malikdir. Bütün lazımi məlumat hər zaman ekranda əks olunur, bu da iş prosesində vəziyyətin dəyişməsinə vaxtında reaksiya verilməsinə imkan yaradır. Ekranın vəziyyətini şarlı şarnirin köməyi ilə tənzimləmək olar.

 

Güclü, yüksək texnologiyalı mühərriklər

Qənaətli yanacaq sərfi ilə yüksək məhsuldarlıq çox vaxt texnikaya tələbatı artırır. CLAAS LEXION kombaynlarında Caterpillar mühərrikləri bu keyfiyyətləri birləşdirir. Elektron idarəetmə blokunun köməyi ilə parametrlərin çevik dəyişdirilməsi hətta ən çətin işlərin yerinə yetirilməsini təmin edir.

 

Max güc  419 a.g

Güc  308 a.g

Hopper tutumu  11000 litr

Qarışdırma sistemi  Sürətləndirici Thresher (APS)

Tuşların / rotorların sayı         6

Taxıl boşaltma sürəti 100 litr / san

Hava kompressorunun mövcudluğu  mövcuddur

Barabanın eni 1700 mm

Ümumi süzgeç sahəsi         5.8 m2

Yakıt tankı tutumu   800 l

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Произошел сбой при обработке Вашего запроса.

Пожалуйста, повторите запрос через некоторое время. Приносим свои извинения за причиненные неудобства.

Запрос обработан успешно.

Наш сотрудник свяжется по оставленному Вами номеру. Благодарим за проявленный интерес.