az ru Zəng mərkəzi
*3131

ID-DAVID CHASIS

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Загрузки

Bağçılıqda alaq otlarını təmizləmək və ağacların dibini yumuşaltmaq üçün aqreqat

İstənilən traktorun qabaq və ya arxa hissəsində, üç nöqtədə montaj olunmuş, sıradaxili ot təmizləyiciləri ilə olan dönən şassi cərgə ilə əkilmiş bitkilər arasındakı alaq otunun (məsələn, üzüm və meyvə bağlarında) təmizlənməsi üçün ideal qurğudur. Bir və ya iki elektrohidravlik sıradaxili ot təmizləyicisi ilə təchiz olunmuş şassi hidrostaniya ilə hərəkətə gətirilir və traktor kabinasında quraşdırlmış idarə etmə bloku vasitəsilə idarə edilir.  Hətta çox kiçik ölçüyə malik (gövdənin diametri  1 sm-dən başlayaraq) bitkilər ətrafında işləmək məqsədilə işlənib hazırlanmışdır. Torpağı, qazma aparılmadan, həm səthdən, həm də 20 sm iş dərinliyinə qədər alaqdan təmizləməyə imkan verən müxtəlif alətlərdən istifadə edilə bilər. Avadanlıq elektron induktiv göstərici ilə (sensorla) təchiz edilmiş tənzimlənən sensorlu linglə idarə edilir. Sistem özündə dairəvi hərəkətli paraleloqram yerdəyişməni birləşdirir, bu isə avadanlığın işini yüksək dərəcədə dəqiq edir və eyni zamanda ona bitki sıraları və ya traktor trayektoriyası hüdudlarında 30 sm-dən artıq kənarlaşmalara imkan verən yüksək icazə həddini verir. İş surəti həddi - 12 km/s.

  • Kabindən elektronik nəzarət
  • Zərbə əlehinə qoruyucu sensor
  • Ön və arxaya hərəkət edən şassi
  • Hidravlik təzyiq tənzimləyicisi
  • Hündürlüyü və enində tənzimlənən cüt metal təkər
  • Poladdan hazırlanmış alaqlara vurmaq üçün bıçaq
  • Dərinlik idarəetmə çarxı
  • Saxlama ayağı
  • Ağacların diblərini yumuşaldmaq üçün frez
  • Sürətli montaj ediləbilən

Təsvir

 

Alaqvuran bıçağın iş genişliyi (sm)

55

Tələb olunan ağacarası məsafə min (m)

3.00 - 4.10

Tələb olunan güc (a.g)

60

Aqreqatın ümumi eni  (mm)

2.40

Çəkisi (kg)

500

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.