az ruZəng mərkəzi
*3131

Püskürdücülər

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Загрузки

Zimmatic maşınları tərkibində çoxlu miqdarda həll olunan duzların olduğu suyu istifadə edə bilər. Belə maşın suvarma üçün suya batırma ilə suvarma sistemlərindən və digər püskürtmə sistemlərindən daha az su istifadə etdiyinə görə, kök zonasında duzların yığılması azalır. Mexaniki səyyar suvarma sistemləri suvarma normasına nisbətdə götürülən yuyub aparma  əmsalının nəzərə alınması sayəsində torpağı yuya bilir. Bundan əlavə, GrowSmart idarəetmə sistemləri müxtəlif növ torpaqları daha yaxşı suvarmağa imkan verir. Maşının köməyi ilə suvarma dərinliyinin yaxud suyun miqdarının dəyişməsini proqramlaşdırmaq olar. İnkişafının müxtəlif mərhələlərində bitkilərin suya tələbatını nəzərə almaqla, fermer, məhsuldarlığın maksimuma çatdırılması üçün, torpağa lazımi miqdarda su verə bilər. Suya batırma ilə suvarma sistemlərindən istifadə zamanı, suyu boş-boşuna sərf etmədən, dəqiq sərfiyyata nail olmaq son dərəcə çətindir.

 

Püskürdücülər:

Fırlanan püskürdücülər: uzunluğu 3,7—22,6 m (12—74 fut), təzyiq 0,7—3,5 bar (10—50 funt/kv. düym).

Fırlanan püskürdücülər gilli torpaqlarda və ya dərə-təpə yerlərdə böyük sahələrin suvarılması zamanı fərdi layihələr üçün ideal həldir və dəyişdirilən deflektorlarla təchiz olunub.

 

Sabit püskürdücülər: uzunluğu 2,3—14,3 m (7,5—47 fut), təzyiq 0,47—2,8 bar (6—40 funt/kv. düym).

Sabit püskürdücülərin nisbətən yumşaq torpaqda yaxud düzənlik ərazidə istifadəsi tövsiyə olunur. Bundan başqa, belə püskürdücüləri şırımların suvarılması üçün uyğunlaşdırmaq olar. Müxtəlif kənd təsərrüfatı bitkiləri, iqlim və külək şəraiti üçün  nəzərdə tutulan müxtəlif növ sabit püskürüdücülər istehsal olunur. Bu qurğular həm də  cücərmə qabiliyyətinin stimullaşdırılması və ya kimyəvi preparatların verilməsi üçün proqramlarla da uyğunlaşır.

 

LEPA püskürdücüləri: uzunluğu 0,6—6,0 m (2—20 fut), təzyiq 0,4—1,4 bar (6—20 funt/kv. düym).

LEPA püskürdücüləri (enerjiyə qənaətli və dəqiq suvarma) suyun torpağın üzərindən buxarlanmasını azaldır və qovuqcuqlu suvarma və püskürtmə rejimində işləyir. Əksər kənd təsərrüfatı bitkilərinin kimyəvi preparatlarla işlənməsi üçün altlıqlar da mövcuddur. LEPA ən effektiv dairəvi püskürdücü növüdür.

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Произошел сбой при обработке Вашего запроса.

Пожалуйста, повторите запрос через некоторое время. Приносим свои извинения за причиненные неудобства.

Запрос обработан успешно.

Наш сотрудник свяжется по оставленному Вами номеру. Благодарим за проявленный интерес.