az ru Zəng mərkəzi
*3131

AMAZONE CAYRON

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Ümumi məlumat

Asmalı yarımdövrəli Cayron kotanı 290 a.g.-dək gücdə traktorlarla iş üçün 5 və ya 6 korpusla təklif edilir.  Cayron 200-də korpusun tutma eni üç pozisiya üzrə tənzimlənə bilər - 40 sm, 45 sm və 50 sm. Cayron 200 V seriyası tutma eninin hidravlik tənzimləyicisi ilə təchiz edilib, tutma eninin dəyişməsi zamanı birinci şırımın eni avtomatik, hidravlik olaraq uyğunlaşır.

 

Əsaslandırma

  • 130 mm diametrində böyük ölçülü son dərəcə möhkəm dönmə oxu
  • 200 mm x 120 m  x 8,8 mm ölçülü çərçivənin son dərəcə möhkəm dördbucaq borusu
  • Hidravlik birləşmələrin və kabellərin batıq əks ox hesabına əyriliksiz çəkilməsi.
  • Aşağı dartımım ressoraltı oxu sayəsində titrəyişlərin aktiv söndürülməsi
  • Aşağı dartının inteqrasiya edilmiş şarnirləri sadə asmanı və yüksək möhkəmliyi təmin edir
  • Yanda yerləşən işçi vəziyyətdən daşıma vəziyyətinə rahat keçidli qarışıq təkər
  • Çoxsaylı "ağıllı" detallar sayəsində (məs., şlanqlar üçün birləşdiricilər və ya emal dərinliyini göstərən çoxfunksiyalı alət) çox yüksək idarəetmə rahatlığı.
  • Kotanın xidmət müddəti uzun və  köhnəlmə xərcləri aşağı olan C-Blade korpusu 
  • Birinci şırımın seriyalı, hidravlik tənzimlənməsi son dərəcə yüksək rahatlığı və daimi yüksək iş keyfiyyətini təmin edir.
  • Çərçivənin yastıq blokları fırlanmayan inteqrasiya edilmiş əyilməsi

 

Möhkəm dönmə mexanizmi

130 mm diametrli  içiboş val şəklində dönmə oxu iki yüksək keyfiyyətli, möhkəm, eyniölçülü konusvarı  diyircəkli yastıqcalarla təchiz edilib.  Onlar tozdan germetik qorunur, yüksək təhlükəsizlik dərəcəsinin təmin edilməsi üçün yağlanma nöqtələri var.  İçiboş val sayəsində hidravlik şlanqları səliqəli çəkmək mümkündür.  Bu, dönmə zamanı onların zədələnməsinin qarşısını alır.  Dönmə mexanizmi dempferləmə funksiyasını yerinə yetirən və traktor asqısına yükü əhəmiyyəti dərəcədə azaldan aşağı dartının bütöv ressoaraltı oxu ilə təchiz edilib. Bu, yaranan zərbələri effektiv hopduran, aşağı dartı oxundan solda və sağda yerləşən iki şarnir yastığı hesabına mümkündür. Aşağı dartı oxunun quraşdırıldığı 2 hündürlük dəyəri şinlərə və traktorun qalxma hündürlüyünə optimal uyğunlaşmağa imkan verir.  Dayaq kronşteynində traktorun yuxarı dartısının bərkidilməsi üçün 3 vəziyyətin köməyi ilə qaldırma prosesi optimallaşdırıla bilər.  Yuxarı dartı iki uzadılmış dəlikdən birində bərkidildikdə sahənin relyefinin ideal təkrarlanması və verilmiş işləmə dərinliyinin qorunması təmin edilir.

Amazone CAYRON

CAYRON 200

CAYRON 200 V

Korpusların sayı

5

6

5

6

İşin eni (m)

2-2,5

2,4-3

1,5-2,75

1,8-3,3

Tələb olunan güc (a.g)

240

Korpusların ara məsafəsi (sm)

40, 45, 50

30–55

Baltaların növü

C-Blade

Korpusların eni (sm)

100

İşləmə sürəti

4-9

Transport eni (mm)

 

1950

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.