az ruZəng mərkəzi
*3131

CLAAS ARION 630C

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Sizin üstünlükləriniz:

Gücü 140-170 a.g. arası olan, ağır gündəlik işin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün hər şeyi özündə birləşdirən möhkəm traktor istəyənlər üçün ARION 600 C yaradılıb. Bu traktor rahat avadanlıqla təchiz edilib, istismarda qənaətlidir və o qədər güclüdür ki, hətta ən çətin işi əminliklə yerinə yetirir.

  • CLAAS rahatlıq konsepsiyası: 4-nöqtəli kabina asqısı
  • Common Rail yanacaq püskürtmə sistemi
  • Maksimal gücü - ECE R 120-yə əsasən 140 a.g.-dən  -165 a.g.-dək.
  • Sürət qutusu QUADRISHIFT
  • Hidrosistemin verilişi - dəqiqədə 60 və ya 98 L.
  • Frontal yükləyici CLAAS
  • Hərəkətə gətirən valın sürəti 540 və 1000 standart və ya ECO

Turboüfürücülü 6,8 l həcmli müasir 6-silindrli mühərriklər.

Elektron idarəetməli Common Rail püskürtmə sistemi zəruri miqdarda yanacağı dəqiqliklə ölçür və sərfini daima aşağı səviyyədə saxlayır.  Böyük dartı gücü aşağı dövrələrdə də çox yaxşı hiss olunur.  Fırlanma anının böyük artımı sayəsində ARION 600 C-nin güc rezervləri var və hətta ağır şəraitlərdə işlədikfə nəfəsi kəsilməyəcək.  280 l həcmində  yanacaq çəni isə uzun iş günü ərzində kifayət edəcək yanacaq ehtiyatını götürməyə imkan verəcək.

İntuitiv aydın idarəetmə.

Yaxşı traktoru idarə etmək asan və rahatdır.  Oturacağın bir neçə vəziyyəti mövcuddur və onu, hər mexanizator üçün ideal olaraq tənzimləmək mümkündür.  Bütün idarəetmə orqanları erqonomika prinsiplərinə əsasən yerləşdirilib.  Bu, işinizi asanladıracaq və sağlamlığınıza faydalı olacaq.  Qaz linginin üzərindəki düymələrin köməyi ilə siz, zəhmət çəkmədən mühərrikin dövrələrini və sürəti idarə edə, eləcə də QUADRISHIFT qutusunun bütün sürətlərini keçirə biləcəksiniz.  Siz işçi sürət üzərində heç vaxt nəzarəti itirməyəcəksiniz və diqqətinizi tam olaraq asma alətlərinin üzərində cəmləyə biləcəksiniz.

İdarə etmək daha asandır - addım-addım.

  • Rahat QUADRISHIFT sürət qutusunda ilişməni idarə edən ötürücüyə ehtiyac yoxdur.
  • Yoxlanılmış 4-nöqtəli kabina asqısı, ön və arxa taxmada alətin tərpənmələrinin söndürülməsi
  • Pnevmatik asqılı rahat mexanizator kürsüsü
  • Geniş kabina, güclü kondisioner
  • Effektiv səs-batırma
  • Sadə idarəetmə
  • İşıq-siqnal avadanlığı konsepsiyası, 10 işçi farayadək
  • Uzun təkər bazası maşının yolda sabit hərəkətini təmin edir

Dörd nöqtədə tam amortizasiya.

Dörd amortizasiya nöqtəsi sayəsində kabina gediş hissəsindən tam ayrılıb.  Beləliklə, mexanizator əvvəldə zərbə və tərpənmələri heç hiss etmir.  Uzununa və eninə dayaqlar amortizasiya nöqtələrini bir-biri ilə birləşdirir və kabinanı döngələrdə və tormozlama zamanı sabitləşdirir.  Burulma dayağının əl ilə tənzimlənmə imkanı amortizasiyanın üç müxtəlif möhkəmlik dərəcəsindən birini seçməyə imkan verir.  Bu zaman bütün amortizasiya sistemi texniki qulluq tələb etmir.

Mühərrikin maksimum gücü 155 l. c.

Güc  145 HP

Silindr sayı 6

Gear qutusu  16/16 QUADRISHIFT

Arxa sürətdə maksimal yük qabiliyyəti, kq  6900 kq

Radiusun açılması, m  4.85

Təkər bazası, m  2820

Ağırlığı, kq  5870

Hidravlik sistem  98 litir / dəq

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Произошел сбой при обработке Вашего запроса.

Пожалуйста, повторите запрос через некоторое время. Приносим свои извинения за причиненные неудобства.

Запрос обработан успешно.

Наш сотрудник свяжется по оставленному Вами номеру. Благодарим за проявленный интерес.