az ruZəng mərkəzi
*3131

CLAAS XERION 4500

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Sizin üstünlükləriniz:

XERION konsepsiyası traktorların yeni ayrıca sinfini müəyyən edir.  Bu konsepsiya 4 eyni ölçülü təkəri və tam ötürücülü müasir standart traktorun istifadə genişliyini özündə birləşdirir.  Güclü 4x4 traktoru güclü olmaqla yanaşı ağırlıqları da daşımalıdır.  Bu, universal və manevrli traktor bütün hallarda faydalı olmalı və ən yüksək tələblərə cavab verməlidir.  XERION 5000/4500/4000 traktoru güc və intellektin uğurlu birləşməsidir.

  • 500 a.g. sinfinə uyğun gücdə mərhələsiz sürət qutusu.
  • Sürətli hərəkət üçün 50 km/saat
  • Üstün dartı qüvvəsi üçün 2.16 m-dək diametrdə  (710 və 900)  4 ədəd eyni ölçülü təkər
  • İnnovativ çoxfunsiyalı coystiklə erqonomik idarəetmə sistemi
  • Optimal yanacaq sərfi üçün mühərrikin aşağı fırlanma tezliyində işçi göstəricilərin potensialından tam istifadə etmək imkanı

XERION traktorunun bütöv kapotunun altında 12,5 L-lik işçi həcmə və üfürülən havanı soyudan sistemə malik 6-silindrli güclü Caterpillar mühərriki. Mühərrik işlənmiş qazların toksiklik nörmalarının  IIIA (Tier 3) tələblərinə cavab verir bə yüksək məhsuldarlıqla, qənaətliliklə və möhkəmliklə fərqlənir.  Hava tozayırıcıdan sorulma vasitəsilə kapotun üzərindəki qəfəsdən mühərrikə daxil olur. İri hissəciklər mövcud aşağı təzyiqin təsiri altında tozayırıcıdan mühərrikin ventilyatoruna gedən boru vasitəsilə daima kənarlaşdırılır.  Daha sonra qabaqcadan təmizlənmiş hava hava filtrinə daxil olaraq oradan mühərrikin hava filtrinin köməyi ilə təmizlənir.

 

XERION TRAC konsepsiyasının unikallığı beş əsas üstünlüklə izah olunur.

  • Eyni ölçülü 4 təkər
  • Bütöv çərçivəli konstruksiya
  • İki idarə olunan ox
  • Tam ötürücü
  • Komfort

Ölçüsünə baxmayaraq XERION traktoru bütün təkərlərin düşünülmüş sükan idarəetməsi sayəsində yüksək manevrliliyə malikdir.  Torpağın qorunması üçün və maksimal manevrliliyi qoruyan bütün təkərlərin idarə edilməsi üçün krab gedişinin funksiyaları traktorun seriya versiyasında mövcuddur.  Hərəkət zamanı ressoraltı kabinanın rahatlığı kürəli birləşməli çərçivəsi olan traktorların rahatlığına əhəmiyyətli dərəcədə üstünlük təşkil edir.  Yollarda 50km/saat-dək sürətlə hərəkət etmək imkanı sayəsində bu traktorların görünməmiş hərəkətliliyinə nail olunur. Bu zaman maşının nəqliyyat eni 3 metri aşmır.

 

TRAC. Hərəkətsiz kabina ilə.

TRAC kabinası traktorun ortasına hərəkətsiz quraşdırılmışdır.  Geniş şüşə sahəsi sayəsində üstün dairəvi görüş sahəsi təmin edilir.  Həm ön taxma, həm də arxa hissə yaxşı görünür.  TRAC – tipik əkinçilik traktorudur. Torpağın işlənilməsi və əkin kimi sahə işləri üçün idealdır.  Eyni ölçülü dörd təkər mühərrikin gücünün torpaq üçün ehtiyatlı dartı qüvvəsinə transformasiyasını təmin edir.

 

TRAC VC. Dönən kabina ilə.

Frezerləmə, doğrama və silos işləri kimi işlər üçün traktorun arxa hissəsinin yaxşı görüş sahəsi tələb olunur.

CLAAS-da Variable Cab "VC" kodu ilə qeyd olunur. Dönən kabina - arxaya gediş üçün təsəvvür edə biləcəyiniz ən rahat qurğudur.  Bütün kabina düyməni basmaqla bir neçə saniyədə qaldırıcı qüllədə mərkəzi vəziyyətdən arxa ox üzərində arxa vəziyyətə keçir.

 

İşdə rahatlıq.

XERION traktoru 500 a.g. sinfində əla dairəvi görüş sahəsi ilə unikal  görüntüyə malikdir.  Bundan əlavə maksimal hərəkət sərbəstliyi, kondisioner sayəsində xoş ab-hava, çox aşağı səs səviyyəsi (69 dB) və üç vəziyyətli tənzimlənən sükan sütunü iş üçün son dərəcə yaxşı şəraiti yaradır.  Sürücü oturacağı üç icra variantında təchiz edilir.  Opsiya olaraq yana  20° dönən və bununla da sürücüyə alətlərin asılması üçün arxa sahənin daha rahat görüş bucağını təmin edən rahat kürsü təklif edilir.

Sürücü oturacağından solda 43 l həcmində geniş soyuducu bölmə, eləcə də CD, MP3 və Bluetooth qarnituralı radio iş yerinin əlavə rahatlığını təmin edir.

 

İşıqlandırma sistemi.

XERION traktorunun işıqlandırma sistemində iki fərqli elektrik təchizatı şəbəkəsindən istifadə olunur.

Yaxın işıq fənərlərinə 12 V gərginlik, işçi fənərlərə isə - 24 V gərginlik verilir. Daha güclü elektrik təchizatı şəbəkəsi hesabına işıqlandırma keyfiyyətinin yaxşılaşdırılması sayəsində gecə vaxtı iş zamanı əla işıqlandırma təmin edilir.

  • Arxada altıyadək işçi fara (eləcə də iki ksenon fara, ayrıca təchiz edilir)
  • Öndə on ikiyədək işçi fara (eləcə də iki ksenon fara, ayrıca təchiz edilir)

 

CEBIS komplektasiyası: daima düzgün məlumatın təqdim edilməsi

Elektron CEBİS sistemi məlumatın verilməsi, idarəetmə və nəzarət üçün nəzərdə tutulub.  Aydın və məntiqi menyu strukturu ilə fərqlənir. Cari proses və vəziyyətlərə nəzarət üçün displeyə bir baxış kifayətdir - hərəkət və ya iş rejimi haqqında bütün önəmli məlumat ekrana verilir.  Xəbərdarlıqlar akustik siqnal, eləcə də müvafiq mətnli optik simvol ilə müşayiət edilir. Rəngli CEBİS monitoru (8.4 düym diaqonallı) vəziyyətin fərdi tənzimlənməsi sayəsində ideal görüntünü təmin edir.  Kürəvarı şarnirin köməyilə monitorun vəziyyətini sürücünün istəklərinə uyğun olaraq tənzimləmək mümkündür. Bütün funksiyaları menyuya cəmi bir neçə dəfə müraciət etməklə idarə etmək olur. Bu halda baza və dəqiq tənzimləmələr yerinə yetirilir.

 

Max güc 483  a.g

Güc  449 a.g

Silindr sayı 6

Gear qutusu ZF Eccom 5.0

Arxa sürətdə maksimal yük qabiliyyəti, kq   13,600

Radiusun açılması, m  7.5

Təkər bazası, m 3500

Öz ağırlığı, kq 16320

Hidravlik sistem  205 l. / min

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Произошел сбой при обработке Вашего запроса.

Пожалуйста, повторите запрос через некоторое время. Приносим свои извинения за причиненные неудобства.

Запрос обработан успешно.

Наш сотрудник свяжется по оставленному Вами номеру. Благодарим за проявленный интерес.