az ru Zəng mərkəzi
*3131

DEWULF TORRO

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Загрузки

DEWULF TORRO

Yastı barmaqvarı dağları və bunkeri olan, mexaniki ötürücülü 2 ələyən transportyorla təchiz edilmiş qoşqulu iki cərgəli kortofyığan kombayn yüksək məhsuldarlıq zamanı məhsulla ehtiyatlı davranmanı təmin edir.  4 dəst xüsusi formalı tağdartan yayla əyri tağyığan konveyer kök yumrularının minimal düşmə hündürlüyünü, eləcə də onların minimal itkilərini təmin edir.  Bundan əlavə bu konveyer böyük separasiya distansiyasını təmin etməklə konveyerlə ikinci transportyor arasında boşluq yaradan xüsusi köndələn tirlərlə təchiz edilib.  Konveyerin konstruksiyası həmçinin ikinci transportyor üzərində 2 əlavə yay dəstini quraşdırmağa imkan verir.

TORRO tək çərçivəyə quraşdırılmış 2 yastı barmaqvarı transportyorlarla təchiz edilib.  Standart komplektasiyada transportyorların mailliyi əl ilə tənzimlənir.  Boşaltma konveyerinin hidroötürücü ilə uzunluğu (sürət idarəetmə pultundan tənzimlənir) məhsulun təftişi üçün 7 nəfəri çatdırmağa imkan verir.  Konveyerin kənarı hidravik silindrin köməyi ilə bunkerə endirilir.  Klassik tipli bunker kombaynın güc elementərinə düşən yükü azaldan ikili hidravlik ötürücü ilə təchiz edilib.  TORRO maşının hazırlanması zamanı ağırlıq mərkəzinin yerləşməsinə xüsusi diqqətlə verilib. Detallara bu cür diqqət iş və daşıma zamanı maşının üstün sabitliyinə nail olmaq imkanını vermişdir.  Kombayn ehtiyat hissələrinin axtarışını dünyanın istənilən nöqtəsində sadələşdirər standart komponentlərlə təchiz edilib.

 

Kombaynın unikal üstünlükləri:

  • Məhsul ilə ehtiyatlı davranış
  • Dartıcı şarnirlərdə kəfgir tipli qəbuledici kanal 
  • Inclino Master®(opsional) - sahə relyefinin təkrarlanması üçün qəbuledici kanalın krenə nəzarət sistemi 
  • Kombaynın qəbuledici kanallarının tez dəyişdirilməsinin quraşdırılmış sistemi 
  • Kombaynın GAV (güc ayırma valından) ötürcüsünün iki sürəti, üçüncü sürət və ya hidravlik ötürücü opsional olaraq mövcuddur 
  • Əyri formalı tağyığan transportyor
  • Təmizləmə üçün sürət tənzimləyicili 2 yastı barmaqvarı transportyor  
  • Peşəkar idarəetmə pultu + traktor kabinasında erqonomik coystik 
  • Xidmət tələb etməyən kombayn blokları
  • İstənilən ölkədə əldə edilə bilən standart komplekt hissələr 
  • Manevrli maşın

 

Maşının standart komplektasiyasına aşağıdakı avadanlıq daxildir:

  • Kombaynın idarəetmə paneli +tez-tez istifadə olunan funksiyaların rahat idarə edilməsi üçün erqonomik coystik
  • Fiksasiya edilmiş dartı ilişməsi D50 145x145 (torpaqdan 575 mm məsafədə yerləşən ilişmə qarmağı üçün, 500 mm və 650 mm-də tənzimlənə bilər)
  • Dişlə üçün dayaq (əl ilə qoyulur və yığılır)
  • Hidravlik tənzimlənən dişlə
  • Avropa yollarında hərəkət üçün işıqlandırma və işığı əks etdirən panellər
  • İdarəetmə pultunda təkər vəziyyətinin indikatoru ilə qoşqulu maşınlar üçün təkərlərin idarəetmə sistemi+ əl əyləci
  • Dönmə təkərlərinin idarəetmə pultundan neytral vəziyyətə avtomatik quraşdılması
  • Coystikin köməyi ilə kombayn kreninin əl ilə idarə edilməsi
  • Hidravlik avadanlıq kombaynda yerləşdirilib (reduktor, nasos, yağ rezervuarı). Kombaynın hidravlik silindrləri traktorla hərəkətə gətirilir.
  • Kombaynın qəbuledici kanalı: tez çıxarılan (QCS), 2 dabolik diyircək, həmlə bucağı tənzimlənən 2 tək gavah, 2 iri tağçəkən diyircək, yaylı disklər.  Dartıcı şarnirlərdə kəfgir tipli qəbuledici kanal.
  • QCS-in qəbuledici kanalı Diabolik diyircəklər. Qəbuledici kanal 1500 mm/çərgəarası 750 mm/ gavah eni  415 mm/diabolik diyircəklərin eni 420 mm/tağçəkən diyircəklər.
  • 1-ci ələyici transportyor: eni - 1.500 mm, uzunluğu - 3.200 mm, poliuretan ulduzlu ötürücü (ø170 mm), traktorun güc ayıran valından mexaniki ötürücü. Mexaniki reduktorun iki sürətdən birini seçməsi.
  • Birinci transportyorda mexaniki ötürücülü silkələyici. İntensivlik kombaynda tənzimlənir.
  • 2-ci ələyici transportyor: eni - 1.510 mm, uzunluğu - 2.400 mm, poliuretan ulduzlu ötürücü (ø180 mm), traktorun birinci ransportyor vasitəsilə güc ayıran valdan ardıcıl mexaniki ötürücü. Mexaniki reduktorun iki sürətdən birini seçməsi.
  • Tağyığan transportyor: eni - 1650 mm, uzunluğu - 5000 mm
    Ötürücü - poliuretan dişli çarxlarla, fırlanma sürəti 2 ələyici transportyorla üst-üstə düşür, 4 dəst yaylı tağyığanın hündürlüyü platformadakı lingin köməyi ilə tənzimlənir.  Həmçinin hər dəst maşının özündən ayrıca tənzimlənə bilər.
  • Yastı barmaqlı transportyor 1: eni- 1.500 mm, uzunluğu - 2.000 mm, universal diyircəkli hidravlik ötürücü (ø180 mm), iş sürəti traktorun kabinasından və təftiş platformasından idarə olunur, hidroötürücülü 3 əksetdirici diyircək (diyircəklərin iş sürəti barmaqvarı transportyordan asılıdır).
  • Yastı barmaqlı transportyor 2: eni- 1.300 mm, uzunluğu - 1.350 mm, universal diyircəkli hidravlik ötürücü (ø180 mm), iş sürəti traktorun kabinasından və təftiş platformasından idarə olunur, hidroötürücülü 2 əksetdirici diyircək (diyircəklərin iş sürəti barmaqvarı transportyordan asılıdır).
  • Boşaldıcı konveyer: eni 900 mm, dişli çarxların hidravlik ötürücüsü (Ø 120 mm), sürət kabinadan və platformada idarə olunur. Konveyerin kənarı hidravlik silindr vasitəsilə yuxarı-aşağı hərəkət edir.  Konveyerin hər iki tərəfində zibilin yığılması üçün qıflar quraşdırılıb.  Platformada məhsulun yoxlanılması üçün 7 nəfərədək insan yerləşə bilər.
  • Təftiş platformasında konveyerin və barmaqvarı transportyorların idarəetmə paneli.
  • Bunker: həcm 9,5 m³, lövhə eni 2.120 mm, ikili hidravlik ötürücü, ötürücü zənciri döşəmədən iri diyircəklərlə ayrılır. 2 tənzimlənən boşaltma sürəti.  Maksimal boşaltma hündürlüyü - 4.300 mm, minimal - 1.520 mm
  • 2 işıqdiodlu fənər: boşaldıcı transportyorda və barmaqvarı transportyorlarda

Uzunluğu  [мм]

11 210

Eni [мм]

3370

Hündürlüyü [мм]

3620

Çəkisi [кq]

9800

1 ci  daşıyıcı kəmərin uzunluğu  [мм]

3200

2 ci daşıyıcı kəmərin uzunluğu   [мм]

2400

Qəbul edən kanal 1500 mm

Qəbul edən kanal  1650 mm

o

APC (Avtomatik təzyiq nəzarəti)

o

DAS (Dewulf Avtomatik Sükan)

o

ADC (Avtomatik Dərinlik Nəzarət) oInclino Master®

o

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.