az ru Zəng mərkəzi
*3131

Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib

01/10/2019

Sentyabrın 28-dən 30-dək Zaqatala rayonunda II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçirilib.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda fındıq, qoz və şabalıddan hazırlanmış müxtəlif məhsullar nümayiş etdirilib. Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutub. Burada qərzəkli meyvələrin satış yarmarkası fəaliyyət göstərib, sənətkarların əl işləri və milli mətbəx nümünələri sərgilənib. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılmasını, fındıq və şabalıdın qovrulması prosesini izləyiblər.

Festivalın keçirilməsində əsas məqsəd ölkəmizin iqtisadi, mədəni və turizm potensialını daha da inkişaf etdirməkdir. Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Fındıq istehsalı üzrə Azərbaycan hazırda dünya ölkələri sırasında 3-cü yeri tutur.

Festivalda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən 20-dək xarici ölkə səfirliyinin nümayəndələri, yerli və xarici şirkətlər iştirak ediblər.

Bundan əlavə, festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıqlar da nümayiş etdirilib. Dünyanın aqrar sahədə aparıcı məhsullarını müştərilərə təqdim edən “4S” şirkəti də festivalın aktiv iştirakçılarından idi. Belə ki, “4S” şirkəti Almaniyanın CLAAS NEXOS 240 modelini, İspaniyanın ID-DAVID kultivatorunu festival iştirakçılarına təqdim edib və texnikanın üstünlükləri barədə məlumatlandırıb:

Kompakt ölçülü NEXOS 240 traktoru istifadədə çox sadə və effektivdir. İstənilən tapşırıq üçün uyğun olan, bu traktor 101 a.g.-nə, 4 silindirə malikdir.

ID-DAVID kultivatorları üzüm və meyvə bağlarının təmizlənməsi və şumlanması üçün ideal qurğudur. Hətta çox kiçik ölçüyə malik (gövdənin diametri 1 sm-dən başlayaraq) bitkilər ətrafında da işləmək məqəsdilə işlənib hazırlanmışdır.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.