az ru Zəng mərkəzi
*3131

Nar festivalı

11/11/2019

Hər il olduğu kimi bu il də Göyçayda adət-ənənələrimizi əks etdirən, 30 mindən çox iştirakçının qatıldığı Nar festivalı keçirilib. Noyabrın 9-u Dövlət Bayrağı Günü ilə üst-üstə düşən XIV Nar festivalı öz möhtəşəmliyi ilə yerli və xarici qonaqların diqqətini cəlb edib.

Nar festivalı oktyabrın son günləri – noyabrın əvvəllərində Göyçay rayonunda məhsul yığımının bitməsi ilə əlaqədar keçirilir. Festivalda nardan hazırlanmış müxtəlif məhsullar: nar şərab, nar mürəbbəsi, nar şirəsi və nardança sərgilənib. Habelə, milli mətbəximizə də üz tutularaq, döşəməli plov, təndir çörəyi, kətə və digər təamlar təqdim olunub. 

3327 hektar bar verən ərazidən ildə orta hesabla 35-40 min ton nar istehsal olunur. Bu da əsasən, “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin” və “Bala Mürsəl” sortlarıdır. Ölkəmizin rəmzlərindən sayılan və xarici bazarlara ixrac olunan nar həm iqtisadiyyatın, həm də turizmin inkişafına müsbət təsir göstərir.

Festival çərçivəsində müxtəlif şirkətlər də öz məhsullarını sərgiləyib. Biz də “4S” şirkəti olaraq, bu təntənəli bayramda həm fəal iştirak etdik, həm də bağ üçün nəzərdə tutulmuş texniki avadanlıqlarımızı təqdim etdik. Nümayəndəsi olduğumuz Almaniyanın CLAAS şirkətinin NEXOS 240F traktoru, İspaniyanın ID-DAVID şirkətinin ağacbudayanı, dərmansəpən aqreqatları və kultivatoru ziyarətçilərin böyük marağına səbəb olub.

Almaniyanın CLAAS NEXOS 240F traktoru: Mühərriki 101 a.g.-nə, eni 1m başlayan bu traktorlar olduqca güclü, səmərəli və manevrlidir. Bütün ehtiyaclara cavab verən bu traktorlar iş üsullarına mükəmməl uyğunlaşır.

Bağ üçün nəzərdə tutulmuş xüsusi konstruksiyalı İspaniyanın ID-DAVID ağacbudayanı sürətli və keyfiyyətli budamanı təmin edir. Ağacları hər iki tərəfdən və təpədən, iki sıra ilə budayır. Avadanlıq bağ traktorlarının qabaq hissəsinə quraşdırıla bilər.

Ağaclar həşərat və zərərvericilərdən qorunmaq üçün çiləyici texnika ilə dərmanlanır. Yüksək dəqiqliyə malik bu çiləyicilər bütün növ meyvə ağaclarında herbisidlərin təbiq edilməsinə imkan verir. Bu qurğu gübrəni ideal dozalara bölməyə imkan verir.

Geniş imkanları ilə seçilən kultivatorlar bağları ot və alaq kimi maneələrdən asan və tez bir zamanda azad etmək üçün idealdır. Təqdim etdyimiz kultivatorlar hətta çox kiçik ölçüyə malik bitkilər ətrafında da işləməyə imkan yaradır.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.