az ru Zəng mərkəzi
*3131

CLAAS TUCANO 320

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Hər bir kənd təsərrüfatı müəssisəsi fərdidir, hər birinin öz strukturu, özünün istehsal həcmi, öz üstünlükləri var və daim yeni tələblər irəli sürür. Çox vaxt texnika parkına malik yığım dəstələrinin, iri və xırda fermer təsərrüfatlarının tələbləri arasında böyük fərq olur. CLAAS bu zəncirdə yeni birləşdirici həlqəyə çevriləcək taxılyığan kombaynı təqdim edir: TUCANO – CLAAS kombaynları proqramında yuxarı orta sinfin premium-seqmentidir.

 

  • TUCANO – bazarda ən yüksək məhsuldarlıq göstəricisindən birini nümayiş etdirən APS taxıldöyən maşınla təchiz olunmuş yeganə kombayndır
  • TUCANO 450/440/430 kombaynında taxılın daha mükəmməl ayrılması, optimal keyfiyyəti və əlavə döyümün minimuma endirilməsi üçün 7/18 baraban altlığı
  • İşıqlandırmalı baxış pəncərəsi sayəsində operatorun kabinasından əlavə döyüləcək taxıla vizual nəzarət
  • Çoxfunksiyalı coystik, CEBIS elektron bort informasiya sistemi, CLAAS TELEMATICS, GPS PILOT sistemləri və məhsuldarlığın kartlaşdırılması idarəetmə zamanı prinsip etibarilə yeni rahatlıq səviyyəsini təmin edir
  • 9.12 metrədək götürümlü VARIO taxılbiçən maşını kütlənin bərabər paylanması sayəsində məhsuldarlığın 10% artmasını təmin edir

Taxıl döyümü və separasiya: bu məsələlərdə yüksək keyfiyyətli taxıldöyən bütün ağla gələn şəraitlərdə daim yüksəklikdə olmalıdır. Bunun əsaslı sübutunu yenə də klassik CLAAS taxıldöyəni təqdim edir. Ondan nəyin istəniləcəyi önəmli deyil: onun çoxşaxəliliyi taxıldöyən barabanın 1,58 m tam enində, həm də 1,32 m enində özünü göstərir.

  • Taxıldöyənə öndən maili transportyordan yaxud iki tərəfdən böyük lyuklardan giriş 
  • Bütün ötürücülərin, ilk öncə də taxıldöyən barabanın ötürücüsünün son dərəcə möhkəm konstruksiyası sayəsində yüksək istismar etibarlılığı

Taxıldöyən barabanın altında yerləşən MULTICROP baraban altlığı onun ayrı-ayrı seqmentlərini asanlıqla dəyişməyə imkan verir. Siz baraban altlığını müxtəlif bitkilərə, növlərə və yetişmə dərəcəsinə görə uyğunlaşdıra və nəticədə təmiz taxıl döyümünün, məhsulla ehtiyatlı davranışın və yüksək effektivliyə malik separasiyanın optimal birləşməsini əldə edə bilərsiniz.

Cəmi 4,40 metrdə təmiz separasiya. 

Küləş bərabər axınla aşağıdan açılmış, demək olar ki, bütün qalıq taxılın etibarlı şəkildə ayrılmasını təmin edən, 4,4 metr uzunluqda küləşayırandan keçir. Ayrıca yuvarladıcı lövhə onu silkələyici lövhəyə yönəldir. Belə sistem hətta böyük həcmdə küləşi emal etməyə imkan verir. Küləşayıranın hər bir klavişinin üstündə, bir-birinin ardınca lingli ötürücüyə malik iki dırmıq yerləşir. Onlar, küləşi yuxarıdan yumşaltmaqla, onun nazik qatla paylanmasına və küləşayırandan bərabər şəkildə keçməsinə imkan yaradır. Nəticə: qalıq taxıl küləşdən əziyyətsiz ayrılır və küləşayıranın örtüyündən yuvarladıcı lövhəyə düşür. Hazırlama dibində taxılın (aşağıda), samanın və qısa kəsilmiş küləşin (yuxarıda) ilkin ayrılması  baş verir. Bu zaman yuxarı xəlbirin boşalması təmizləmə məhsuldarlığını artırır.

Taxıldöyən, separasiya və təmizləmə sistemlərində emal olunduqdan sonra qüsursuz keyfiyyətə malik taxıl  9000 l həcmdə bunkerə verilir. Bunker yeni həcm standartlarına malikdir və bir sıra üstünlükləri ilə xarakterizə olunur:

  • Taxıl nümunələrinin asan seçilməsi
  • Böyük yükləmə hündürlüyü
  • Çəkinin ideal paylanması
  • Bunkerin daxili sahəsinə vizual nəzarət
  • 75 a/g sürəti ilə sürətli, birbaşa boşaltma
  • Bunkerin hamar səthləri taxılın sürüşməsinin təmin edir

TUCANO-da quraşdırılmış Mercedes-Benz mühərriki Stage IIIB (Tier 4i) işlənmiş qazların zəhərlilik standartının tələblərinə cavab verir.

Tozun avtomatik sorulması ilə gücləndirilmiş soyutma sistemi.

  • Yüksək səmərəli vahid mühərriki soyutma sistemi, hidravlik sistem və kondisioner
  • Uzun istifadə müddəti və texniki baxışın aşağı dövriliyi
  • Asan girişi təmin edən və texniki xidmət xərclərini əhəmiyyətli dərəcədə azaldan radiator torunun hidravlik ötürücüsü
  • Qatlanan daşınan nərdivan sayəsində motor bölməsinə və texniki baxışın digər zonalarına asan giriş
  • TUCANO-nun mühərrikinin və taxıldöyən sisteminin ümumi konsepsiyası fövqəladə qənaətlilik sayəsində qaneedici təəssürat yaradır
  • Yanacaq çənin həcmi 650 və ya 500 litrdir

TUCANO-nun hidravlik həcmli transmissiyası çoxfunksiyalı coystikin köməyi ilə asan idarə olunur. Belə rahat idarəetmə sxemi daha sürətli dönmələr və hərəkət sürətinin dəyişən istismar şəraitinə uyğun tənzimlənməsi hesabına məhsuldarlığın dərhal artmasına imkan yaradır. Əlavə imkan: tam ötürücü. Sadəcə knopkanın basılması ilə yüksək gücü işə salmaq olar, bu da hətta ən ağır şəraitlərdə əminliklə irəli hərəkət etməyə imkan verəcək.

 

Ekstra rahat idarəetmə

Yuxarı sinfə aid kombaynlara xas rahat və etibarlı idarəetmə imkanı indi TUCANO-da da mövcuddur. CLAAS şirkətinin işləyib hazırladığı böyük monitorlu CEBIS elektron bort informasiya sistemi hər şeyi asanlıqla nəzarətdə saxlamağa imkan verəcək. Məlumatladırma, qeydiyyat, idarəetmə, nəzarət: CLAAS şirkətinin CEBIS sistemi sayəsində kombaynçı TUCANO-nun işinə aid ən vacib məlumatı zəmanətli şəkildə alacaq. 8,4 diaqonallı rəngli CEBIS monitoru duruşunun fərdi şəkildə tənzimlənməsi sayəsində ideal görünmə imkanını təmin edir. Şarlı şarnirin köməyi ilə monitorun duruşunu mexanizatorun istəklərinə uyğun tənzimləmək olar: mailliyi, eninə və uzununa duruşu tənzimlənir. Cari proseslərə və vəziyyətlərə nəzarət üçün displeyə bir baxış yetir – hərəkət və ya iş rejimi haqqında bütün mühüm məlumat ekrana çıxarılır. Xəbərdarlıqlar akustik siqnalla, həmçinin müvafiq mətnli optik simvolla müşayiət olunur.

Sürücü kreslosunun sağ qoltuqaltına yerləşdirilmiş çoxfunksiyalı coystik TUCANO kombaynında idarəetmə və iş rahatlığını təmin edən əsas elementdir. CMOTION coystiki məxsusi olaraq sağ əl üçün işlənib hazırlanıb. Üç barmaqla idarəetmə konsepsiyası bir çox idarəetmə elementləri ilə intuitiv işləmək imkanı verir və eyni zamanda qolun vəziyyətinin daim dəyişdirilməsinə məcbur etmir.

 

  • Taxıldöyənin qaldırılması/endirilməsi
  • AUTO PILOT (sükan idarəetməsi)
  • Yükboşaldan şneki açmaq
  • Yükboşaldan şneki yığmaq
  • Taxılbiçənin dayandırılması
  • Kələfaçanın idarə edilməsi
  • Taxıl bunkerinin boşalmasının işə salınması və dayandırılması

Yüksək rahatlıq səviyyəsi

Diqqətin yalnız işə yönəldilməsi. Daha heç nə sizi əsas işdən ayırmayacaq: TUCANO-nun mərkəzi idarəetmə paneli tələb, istək və imkanlara uyğun tənzimlənir və eyni zamanda bütün istiqamətlərdə gözəl görünüş sahəsini təmin edir; bundan başqa, bir sıra digər üstünlükləri verir. siz yüksək erqonomik iş yerini əldə edirsiniz və bu, gündəlik məhsulun xeyli artırılmasına imkan verir.

  • Maksimal hərəkət sərbəstliyi ilə geniş VISTA CAB kabinası
  • İş zamanı yüksək diqqətlilik üçün kabinanın effektiv səs izolyasiyası
  • Mexanizator sükan kolonkasını 3 müxtəlif vəziyyətdə hündürlüyünə və əyilmə bucağına görə tənzimləyə bilər
  • Sərnişin üçün rahat oturacaq
  • A/CMATIC güclü avtomatik kondisiyalaşdırma sistemi xoş mikroiqlimi təmin edir
  • Mexanizatorun oturacağının altında və yanında boş sahə nəzərdə tutulub (məsələn, balaca soyuducu üçün)

İşıqlandırma sistemi gecə işləyərkən maksimal görünməni təmin edir.

  • 8-ə qədər işçi fara
  • Qatlanan taxıldöyənlərin işıqlandırılması
  • Biçilmiş tarlanın işıqlandırılması, yan və arxa faralar
  • Boşaltma zamanı taxıl bunkerinin işıqlandırılması
  • Taxıl bunkerinin işıqlandırılması
  • Sünbül elevatorunun işıqlandırılması
  • Təmizləmənin işıqlandırılması
  • Gecə vaxtı texniki xidmət iºlərinin asanlaşdırılması üçün: kapotların altında xüsusi fənərlər

Mühərrikin gücü 150/204   a.g

Çənin tutumu  6500 litr

Qarışdırma sistemi  Sürətləndirici Thresher (APS)

Barabanın diametri 450 mm

Tuşların / rotorların sayı         6

Taxıl boşaltma sürəti 90 litr / san

Hava kompressorunun mövcudluğu  mövcuddur

Barabanın eni 1320  mm

Ümumi süzgeç sahəsi         4.25 m2

Yakıt tankı tutumu   650 l

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.