az ru Zəng mərkəzi
*3131

LINDSAY 9500P/9500WD

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Загрузки

LINDSAY 9500P/9500WD

Sistemlərin davamlılığı, onların konstruksiyasının və komponentlərinin proqressivliyi maşınların mövsümdən mövsümə etibarlı işləməsinə zəmanət verir. 9500 seriyasından suvarma sistemləri müxtəlif yer relyeflərində və dəyişkən əkinçilik şəraitində yoxlanılmış iş nəticələrini daim təmin edir. Sistemlər hətta mürəkkəb ərazilərdə qüsursuz işləyir. Sistemin konkret sahəyə uyğunlaşdırılması üçün siz mərkəzi dayağı, araları, dartıcı arabanın konstruksiyasını, ötürücünü, idarəetmə panelini və köməkçi ləvazimatları seçə bilərsiniz. Sistemin uzunluğu məhdudlaşdırılmayıb, buna görə gözün və maşının uzunluğunu sahənin xüsusiyyətlərinə görə seçmək olar.

Eksklüziv bir şarnirli göz birləşməsinə bayırdan quraşdırılan   komponentlər daxildir və bu, su axınının məhdudlaşdırılmasını aradan qaldırmağa imkan verir.

 

Ən sürətli seriyalı mərkəzi ötürücü

Sahənin ən sürətli seriyalı mərkəzi ötürücüsü 0,4 km radiuslu çevrənin 13 saatdan az müddətə keçilməsini təmin edir (digər istehsalçıların ötürücüləri eyni çevrənin 16 saata keçilməsini təmin edir).

 

Bayırdan quraşdırılan kollektor həlqəsi su axınının məhdudlaşdırılmasını aradan qaldırır, bu da 9500 seriyasından olan sistemlərin  analoji qurğunun maşının içərisində quraşdırılmasını nəzərdə tutan digər suvarma sistemləri ilə müqayisədə üstünlüyüdür.

Həlqə şüşəlifli örtükdədir  və fasiləsiz enerjini təmin edən iki sürüşkən kontaktla təchiz olunub.

Yüksək səviyyəli 9500P sistemi müxtəlif hündürlüyə malik dartıcı arabalarla işləyə bilər, bu halda daha çox variant nəzərdə tutulub, nəinki hər hansı Zimmatic suvarma sistemi üçün. Bunun sayəsində siz dənli bitkilərdən tutmuş şəkər qamışınadək istənilən bitkilərin suvarılması üçün uyğun hündürlüyü seçə bilərsiniz.

 

Arabaların variantları: standart alçaq, orta, hündür və çox hündür. Möhkəmi mərkəzi dayaqlar, isti metodla sinklənmiş polad ayaqlar və çox güclü traverslər sistemin möhkəm özülünü təmin edir.

Püskürdücülərin qəliblənmiş buraxılış qurğuları boru kəmərinin bir hissəsi olduğunda görə, birləşmələrin yivinin dəqiq tutuşdurulması su keçirilməsinin qarşısını alır. Adı qaynaqlanmış birləşdirici detallardan istifadə  sızmaların və ya pasın yaranmasına səbəb ola bilər.

 

9500 seriyasını sahədə ən yüksək möhkəmliklə fərqləndirən əlavə möhkəmlik və davamlılıq qalın divarlı boru kəmərindən istifadə edilməsi hesabına təmin  olunur (boru divarlarının qalınlığı digər istehsalçıların ən yaxşı borularının divar qalınlığından 10% artıqdır).

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.